Menu

Şuşa zəfəri qəhrəman Tərtərdə coşqu ilə qarşılandı, insanlar küçələrdə! – FOTOLAR

08.11.2020, 16:47
Şuşa zəfəri qəhrəman Tərtərdə coşqu ilə qarşılandı, insanlar küçələrdə! – FOTOLAR

“Şuşa azad edildi!!! Şuşa bizimdir!!!” düşmənə mərdanəliyi ilə meydan oxuyan Tərtərin küçələri bayram əhval ruhiyyəsindədir. “Eşq olsun Ali Baş Komandana” deyib qol götürüb oynayan kim, “Yaşasın Müzəffər Azərbaycan Ordusu” deyib alqışlayan, zəfərimizi sevinc göz yaşları ilə qarşılayan kim...

Qazilər, 1-ci Qarabağ müharibəsində döyüşən tərtərlilər, hərbçilərin sevincinin həddi-hüdudu qoxdur.
Tərtərlilər bu bayram gününü də top atəşi səslərinə açıb. Rayona səhərdən başlayaraq atılan top mərmilərinin sayı yüzə çatıb. Bununla belə qəhrəman insanlar Şuşa zəfərini küçələrdə qeyd etməkdən çəkinmir(musavat.com).

Şərhlər

Kommentator 2020-11-08 19:29:22

Allah penahinda saxlasin yurdumuzu. Sevincimiz ebedi olsun. Sagholsun qehreman esgerimiz, sagholsun qehreman bolgeyani camaatimiz ki qachmadi yerdinden yurdundan.

t.ədalət 2020-11-08 18:55:49

Müharibədən sonra Tərtərə qəhrəman şəhər adı verilməlidir.Müharibə boyu Tərtər səngərimiz olub.

Qarabag Azerbaycandir! 2020-11-08 17:04:26

Biz bu gunler ucun nece de darixmisiqmis. Allah sene sukur olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol