Menu

Etibar Məmmədov Ali Baş Komandanı təbrik edib - MƏTN

09.11.2020, 12:58
Etibar Məmmədov Ali Baş Komandanı təbrik edib - MƏTN

Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb. E.Məmmədov yazır:

Hörmətli Prezident,

Cənab Ali Baş Komandan!

Qarabağ uğrunda gedən müharibənin taleyini həll edən Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm.

Bu qələbə sadəcə müharibənin taleyini həll edən savaş uğuru deyil. Bu qələbə həm də Millətin qürurunu özünə qaytaran uğurdur. Bu qələbə 1992-ci ildə “Şuşanın dağlarında toy” edən düşmənə toy tutulmasıdır. Bu qələbə tək işğalçıya deyil, həm də onun havadarlarına verilən dərsdir.

Bu qələbə müharibəni tamamlayacaq kapitulyasiya aktına düşmənin boyun əyməsinə aparacaq yolu açan Əsgərimizin imzasıdır. Şəhidlərimizin və Qazilərimizin qanı ilə qoyulacaq bu İmza Azərbaycana və bütün Qafqaza sülh gətirəcək. İşğalçını sülhə məcburetmə əməliyyatını həyata keçirən və gələcəkdə bu sülhün təminatçısı olacaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Sizi bu günkü bayram münasibəti ilə təbrik edir və üzərinizə düşən ağır, lakin xoşbəxt bir missiyanın - Qalib Ordunun və Qalib Millətin Rəhbəri vəzifəsinin həyata keçirilməsində uğurlar arzulayıram. Xalqımız həm Qələbəyə, həm də sabit və firavan həyata layiqdir.

Hörmətlə, Etibar Məmmədov,

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri

Şərhlər

Vətəndaş 2020-11-09 23:45:56

Ehtibarların dövranı getdi.......................?

Вугар 2020-11-09 18:52:03

Как мы будем жить с армянами вместе? Нас ведут к этому. Как это можно будет

Mehdi 2020-11-09 16:40:01

... Etibarda 2-3 ilden bir ortaya cixar,yəni ki desinler mende varam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol