DÖRDÜNCÜ ƏSRDƏ QALAN ERMƏNİ...

Rahid Ulusel,

Azərbaycan Milli Elmlər Akademiyası,

fəlsəfə elmləri doktoru, professor

Bilirsinizmi, miladın IV-V əsrlərində ermənilər neçə dənə imiş: 3 milyon! Özlərini bir çox qaynaqlarda, eyni zamanda, hamının baxa biləcəyi başdan-başa uydurma “https://ru.wikipedia.org/wiki/ Великая_Армения” saytında məhz belə hesablayan ermənilər bəs bu gün neçə dənədir: 3 milyon!

Roma imperiyasının çiçəklənən vaxtında Roma şəhəri əhalisinin 1 milyon olması təxmin edilir. Yüksək dövlətçilik və inzibatçılıq mədəniyyətinə malik olan romalıların yanılmadıqlarına inanmaq olar.

Ancaq tarixdə heç zaman olmamış və olmayacaq “Böyük Ermənistan”ın bütün Qafqaza pərçim edilən mifik xəritəsindəki coğrafiyada 3 milyon erməninin yaşamasını hansı statistika kahini müəyyənləşdirib?! Deməli, ötən 1600 il ərzində ermənilər heç doğub-törəməyiblər?!

Tarixi bitdə-bitdə araşdıran, onun hər faktının təsdiqinə elmi arqumentlər axtaran Avropa (Qərb) rasionalistləri nə əcəb bu qısır toplumun daşlaşıb qalmasını görməyiblər?! Əlbəttə, görüblər. Əslində, bu tarix korluğunun müəllifi elə onlar özləridir.

Təqribən son 300 ildə Avropa “imperializm və elm ittifaqı” ilə (Y.N.Harari) dünya müstəmləkəçiliyinin özülünü qoyub. Bu gün həsəd aparılan Qərb inkişafı öz bünövrəsi üzərində deyil, əsasən, qeyri-Qərb dünyasından daşınan sərvətlər üzərində qurulub.

Avropa imperializminin ekspansionist ideologiyası–ariçilikdir. Ariçilik– bəşəriyyətin ari irqinə (müasir elm irqçiliyi tamamilə inkar edir) mənsubların seçkinliyi və üstünlüyü təməlində onların planetar hökmranlığına haqq qazandırmaq üçün quraşdırılmışdır.

Başlanğıcından siyasiləşmiş və hərbiləşmiş bu saxta ideologiya dünyanın “ari arealı” boyunca Hind-Avropa dil ailəsinə daxil olan etnoslardan özünə ayaqyeri düzəldərək yerimək, irəliləmək və rəqib dövlətləri parçalayaraq (Divide et impera) onların ərazisini ələ keçirmək, həmin ərazilərdə dayaq nöqtələrini yaratmaq vasitəsidir.

Avropa (əsasən, Böyük Britaniya və Fransa) imperializminin ariçilik yuvaları xüsusilə dünyanın üç böyük türk imperiyasını – Moğol, Səfəvi və Osmanlı dövlətlərini dağıtmaq üçün Hindistanda, İranda, Anadoluda, Qafqazda və onlara həmhüdud bölgələrdə yaradılmışdır.

Ariçiliyin erməni yuvaları Anadolu və Qafqazda fiziki şəkildə mövcud idisə və son yüz əlli ildə Qafqazın ən böyük dövləti Azərbaycana qarşı “mütəşəkkil cinayətkar toplum” halına gətirilmişdirsə, hazırda “Erməni dili və sivilizasiyası” adı altında Avropa və Amerikanın bir çox universitetlərində humanitar və intellektual bölmə-təsisatlar şəklində mövcuddur.

Həmin universitetlərin dərsliklərində, tarixi-linqvistik-kulturoloji tədqiqatlarında mikroskopik ermənidən az qala antik Şərq dünyasının vacib komponenti kimi, hətta imperiya qurucusu kimi bəhs edilir, “Ermənistan” pazı Anadolu və Qafqazın bütün antik xəritələrinə saplanır, burada min illər ərzində mövcud olmuş, hətta ermənilərin özünə də bir küncündə yer vermiş tarixi dövlətlərin hüququ tapdalanır.

Tək-tük də olsa, hətta ermənilərin özünün bu toplumu yerində oturdan tədqiqatçıları var: ABŞ-ın Kolumbiya Universitetinin professoru Nino Qarsoyan “Ermənistan IV əsrdə” adlı məqaləsində Ermənistanın vahid, birləşdirilmiş dövlət olduğu iddialarını qəti şəkildə inkar edir.

N.Qarsoyan hələ 1600 bundan öncə niyə bütün bölgədə ermənilərin “personae non gratae” (etibarsız şəxs) sayıldıqlarına dair hətta bu gün də əhəmiyyətini itirməyən olduqca tutarlı fakt gətirir: İran tarixinin ən uzunmüddətli “şahənşahı” – Sasani hökmdarı II Şahpur (309 – 379) ermənilərin “tarixi ikiüzlülüyünü” ikrahla bəyan edir: “Ermənilər bizim torpaqlarda yaşayırlar, lakin Sezarın dalınca gedirlər” (http://lraber.asj-oa.am/1876/1/55.pdf, c.56-58, 61)

Yeni epoxanın Avropa Sezarları da “ari erməni”dən həm Mif, həm də Silah kimi istifadə edirlər.

Almaniyada yaşayan dəyərli alimimiz Ağalar Qut “kulis.az” saytındakı son iki məqaləsində arianizmin – ariçiliyin bu Mif-Silahının bizə qarşı necə işlədilməsinin mahiyyətini dəqiq hədəfi ilə açır: “Azərbaycan avropalı diplomatların, mediaların və beynəlxalq təsisatların üzünə açıq mətnlə çırpmalıdır ki, biz məsələni başa düşmüşük, siz nə məlumatsızsınız, nə sadə xristian təəssübkeşlərisiniz, nə də humanist dəyərlərin müdafiəçiləri, siz sadəcə olaraq gizli irqçilər, maskalı arianistlərsiniz!”

Azərbaycan diplomatiyasının və xarici humanitar siyasətinin fundamental strateji mövqeyi məhz belə qurulmalıdır.

Əlbəttə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən beynəlxalq qanunlar qarşısında gücümüzlə tərk-silah edilən Ermənistanın heç kim tərəfindən dəstəklənməməsi artıq ariçiliyin özünü də köntöy vəziyyətə qoyub. Onda gərək XXI əsrdə 3 milyon olan erməninin elə IV əsrdə də 3 milyon olduğuna dünyanı inandırmaq sarsaqlığında olasan ki, belə bir əsassız dəstəklə özünü gülünc günə salasan.

Bu gün Azərbaycan Vətən Müharibəsində təkcə Ermənistanı diz çökdürmür, həm də onun dayaqlandığı ariçiliyin sütunlarını sarsıdır. 

635x100

Şərhlər

Əyyar 2020-11-15 17:53:23

Hörmətli Rahid müəllim! Ermənidə bünövrədən nəsilartırma təpəri olmayıb. Onlar həmişə türklərdən bəhər götürüblər, amma doğarkən erməni ifraz ediblər. Onların Qafqaza "paz"lanması da buna görədir. Statistika: Ermənistanda 1993-də 3,5 milyon hay var idi. Və ilbəil azalma gedib. Keçən il isə 2,9 milyon olub. Bu onu göstərir ki, bizim kişilər ordan çıxandan sonra ermənidə təbii qısırlıq yaranıb...

Rəna Əliyeva 2020-11-09 21:03:17

Qeyd etmək istəyirəm ki, bütün alban tikililəri qədim türk tikintiləridir Tarixdən Qafqaz və hal hazırda Azərbaycan torpagları qədim türk tayfalarının yeri olub, tarixdən bəlli olan burada olan savaşlar nəticəsində bir çox yadellilər də burada galıb və yaşayıblar, ama türk tayfaları həmişə çoxluq təşkil ediblər, bu barədə bir çox dünya alimləri əsasən fars, türk, hind tarixçiləri və ruslardan bir çoxu məsələn Qumilev, Rudenko, Sarianidi böyük Deşt – i – Qıpçaq və ələxsus müasirimiz böyük MURAD ACINI Azərbaycan dilində Azərbaycan oxucularına şatdırmaq lazım, çünki bəzi tarixi kitablar elə yazılıb ki, insanlarımızı çaşdırır və böyük türk siilizasiyasından uzaglaştırır.

Kommentator 2020-11-09 17:23:08

Albaniya tarixiyle maraqlaniram hal hazirda inanirsiniz ki esebimden partlayiram oxuduqca deli oluram. Bu heyasiz tayfa ta o vaxtlardan bu cur saxtakarligha bashlayiblar. Bextiyar Tuncayin - Qafqaz Albanlarinin Dili ve Edebiyyati- bu kitabi oxumaq lazimdir ki anlayaq Alban kilisesi mehz qipchaq turkcesinde yaziblar. Biz bu zonanin en yerli etnosuyuq. Bu heyasizlari yerlerinde oturtmaq lazimdir

Nərminə Şirəliyeva 2020-11-09 17:09:31

Belə yazılar xarici dillərdə yazılıb informasiya məkanına çıxarılmalıdır.

Son yazılar