Menu

"QƏLƏBƏ! QƏLƏBƏ! QƏLƏBƏ! ERMƏNİSTAN TƏSLİM OLDU!" - Türkiyədən rəsmi reaksiyalar

10.11.2020, 08:48
"QƏLƏBƏ! QƏLƏBƏ! QƏLƏBƏ! ERMƏNİSTAN TƏSLİM OLDU!" - Türkiyədən rəsmi reaksiyalar

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb.

Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

"Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı".

Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

"Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik", - Mövlud Çavuşoğlu yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

Şərhlər

Qarabag Azerbaycandir! 2020-11-10 11:31:38

Biz azerbaycanlilar size Turkiye rehberliyine Ve turk xalqina sonsuz minnetdarligimizi bildiririk. Cox sag olun var olun daim desteyinizi hiss etdik. Gozel dost gozel qonsu yaxsiki varsiniz. Allah sizi qorusun. Dostlugumuz daimi olsun. Amin!

Türk 2020-11-10 09:04:59

Türkiyə hələ susur. Allah axırını xeyir eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol