“Rusiya bu sazişlə bizim hərbidə qələbəmizin uduşlarını, ermənilərin də məğlubiyyətinin itkilərini diplomatiyada öz qazanclarına çevirməyi bacardı”
“Türk qoşunlarının ruslarla bərabər Qarabağa gələcəyi ilə bağlı deyilənlər açıqlanan sənədlə təsdiqini tapmır”
“Bilirəm ki, hər kəsin sual dolu nəzərləri sosial şəbəkələrdədir. Nə baş verir? Birdən birə sülh saziş hardan çıxdı? Əvvala onu qeyd edim ki, bu saziş bir neçə saatlıq müzakirələrin nəticəsi deyil. Xatırlayırsınızsa, dəfələrlə rus qoşunlarının bölgəyə gələ bilməsi ehtimalı ilə bağlı narahatlığımı ifadə etmişdim. Çünki tarixən Rusiyanın adı sülh və barışıqla assosiasiya olunmur”. Bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
ADR Hərəkatının sədri hesab edir ki, adətən bölgüçülüyə gətirib çıxaran böyük rus maraqlarını ifadə edən Kremlin vasitəçiliyi ilə imzalanan sazişlərə ehtiyatla yanaşmalıyıq: “Hazırkı saziş də bölgədə daha çox Rusiyanın, sonra Azərbaycanın və Ermənistanın maraqlarını ifadə edir. Gəlin, birinci öz maraqlarımızdan başlayaq. Əvvəla, biz 100 faizli qələbəyə çox yaxın idik. Hətta bu qələbə günlər ərzində də baş verərdi. Diqqət etdinizsə, dünən işğaldan azad edilən kəndlərin, eləcə də yüksəkliklərin sayı və coğrafiyası xeyli çoxalmışdı. Çünki Şuşanın azad edilməsi artıq ermənilərin mənəvi məğlubiyyətini şərtləndirmişdi. Dünən Şuşa azad olunanda da yazmışdım ki, Azərbaycan ordusunun Şuşada olması Füzulinin, Xocavəndin, Xankəndinin, Xocalının və Ağdamın minumum itki ilə tezliklə azad edilməsi deməkdir. Şuşa Azərbaycan ordusuna həm də Turşsu vasitəsilə Qubadlı, Cəbrayıl və Laçın istiqamətində də mövqelərimizi möhkəmləndirmək imkanı yaradırdı. Kəlbəcərə və Ağdərəyə də Şimal cəhbəsində çox yaxınlaşmışdıq. Belə olan halda sülh yolu ilə həmin ərazilərin bir qisminin (Kəlbəcər, Laçın və Ağdam) azad edilməsi, digərlərinin (Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran) isə Dağlıq Qarabağ tərkibində ermənilərin yaşayış məskəni olaraq saxlanılması milli maraqlara cavab vermir”.
Onun sözlərinə görə, bu sazişin ən böyük “plyusları” Dağlıq Qarabağın statusunun müzakirələrdən çıxarılması və Naxçıvanla nəqliyyat kommunikasiya imkanlarının yaradılması, "minusları" isə sülhməramlılar adı ilə rus qoşunlarının ən azı 5 illiyə Azərbaycan torpağında qalması və bölgədə vacib nəqliyyat, kommunikasiya infrastrukturunun Rusiyanın nəzarətinə keçməsidir: “Türk qoşunlarının ruslarla bərabər Qarabağa gələcəyi ilə bağlı deyilənlər açıqlanan sənədlə təsdiqini tapmır. Açıqlanan sənəd heç də imzalanan bütün şərt və öhdəliklərdən ibarət deyildir. Odur ki, bu məsələyə birmənalı olaraq bizim xeyrimizə münasibət bildirmək mümkün deyildir. Ümumiyyətlə, Azərbaycan ərazisində xarici hərbi qulluqçuların yerləşdirilməsi suverenliyə, müstəqilliyə xələl gətirir və bu yalnız hərbi-təhlükəsizlik deyil, həm də böyük mənada siyasi və strateji məsələdir. Fikrimi belə yekunlaşdırmaq istərdim: Rusiya bu sazişlə bizim hərbidə qələbəmizin uduşlarını, ermənilərin də məğlubiyyətinin itkilərini diplomatiyada öz qazanclarına çevirməyi bacardı”.

Şərhlər
Eko,Xankendi,Azerbaycandir ve orada Azerbaycan bayraqi,dalqalanacaq!!!
Qubad Bəy, sağ olun.
sen dedenin başı get işinnən məşqul ol!!!!!!
Yəqin ki, Siz bu 44 gün ərzində dünyanın əsas güclü ölkələri Amerika, Rusiya, Fransa, İngiltərə kimi ölkələrin mövqeyini yəqin ki, analiz etmisiniz. “BBC News” müxbirinin “Dağlıq Qarabaqda Stepanekertdə yaşayan erməniləri Siz öz vətəndaşlarınız hesab etdiyiniz halda Stepanekertə də ordu ilə şiddətli hücummu edəcəksiniz? “ sualının altında nə gizləndiyinin və azərbaycana sonralar hansı hökmün oxunacağını da yəqin ki, yaxşı başa düşürsünüz. Amerikada qalib gəlmiş Demokratlar partiyasının mövqeyi də Sizə bəlli olmalıdır. “Azərbaycan ordusu dinc ermənilərin qırır” kimi hökmün verilməsi bizim uğurlarımızın üstünə kölgə sala və azərbaycana qarşı Amerika, Rusiya, Fransa, İngiltərənin birgə mövqeyi qoya bilərdi. (Halbuku İngiltərə hələ ki, bizim haqlı mövqeyimizi müdafiə edir) Bu halda sonrakı hadisələri proqnozlaşdırmaq çox çətin olardı. Belə halda yaranmış vəziyyətdə Türkiyə Rəhbərliyi ilə razılaşaraq yeganə düzgün atılımış bu siyasi qərara və gələcəkdə Türkiyə ilə Rusiyanın əməkdaşlığına kömək ola biləcək bu qərara niyə kölgə salmaq istəyirsiniz? Vertolyot təxribatını və bunun ardınca gələ biləcək təxribatlar silsiləsini də proqnozlaşdırmaq o qədər də çətin deyildir... Организация Договора о коллективной безопасности (ОДКБ) ölkəsi Ermənistanda azərbaycana qarşı 1-2 belə təxribat yaradıb Rusiyanı Azərbaycana qarşı tam düşmən mövqeyə gətirmək planı da yəqin ki, düşmənlərimiz tərəfindən var imiş. Verilmiş qərar bizim maksimal arzularımıza uyğun olmasa da yeganə mümkün qərardır və azərbaycanın tam xeyrinədir.
Qubad bəy,, Sizin qeyd etdiyiniz təhlükələr Azərbaycanda qəbul olunmuş və aktiv genişlənən Şaquli idarəetmə sitemində artıq aradan qaldırılmaqdadır.
O rus vertolyotu ilə buna nail olunub....
Zehmet olmasa yazin , Xankendinin adi ne olacaq , hansi bayraq ordan asilacaq , kim rehber olacaq ????? ( fikrimi basha dûshdûnûz yeqinki ))) Mûtleq yazin ,,, bu suallar meni cox narahat edir!!!
Rus icaze vermeseydi , biz torpaqlarimizin , hec 1 faiznide ala bilmezdik!!!Evde oturub cay icmekle danishmaq demek asan qelir . Dua edekki torpaqlarimizi aldiq , neyin bahasina olursa olsun ! Yashasin ordumuz ! YAshasin Prezidentimiz !!! Shehidlerimize Allah rehmet elesin !!!! ( dilde demek asandi , oturmushduq hecnesiz , ()))
Rus ordusuna güvənmək olmaz ? Bizim güvənc yerimiz Türk və Azərbaycan Ordusudur !
Ali Baş Komandirimize guvenirik neyin yaxşi neyin pis olduxunu her kesden Ela bilir. Iti qovan kimi qovduq ermeni dixalarini torpaqlarimizdan. Yaşasin xalqimiz. Var olsun Prezidentimiz.
Döyüş amerikadan asan görünür. Bir çox məqamları nəzərə almaq lazımdır. Bunu isə Ali baş komandan etdi.
Bu sənəd 1-2 saatın içində yaranan sənəd deyil. Yaqin uzun -uzadı müzakirələr olub. Buda rusların başımızın altına qoyduqları yastıqlardan biridir.
Xocalida ermenilerin qalmasi bizimle yasamasi qebuledilmezdi.....
Hələ bilmək olmaz 5 ilə Rusiyanın özünü nələr gözləyir.İkincisi saziş öz yerində sayıqlığımızı əldən verməməliyik,çünki bu vəhşi millət düzələn zibil deyil. Üçüncüsü bu sazişə bir əlavə ilə Ermənustan öz üzərinə gələcəkdə qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası qaldırmayacağına öhdəlik götürməli iddi. pz yerində,ancaq mübarizəni dayandırmaq olmaz, onu başqa müstəvilərdə davam etdirməliyik,yoxsa növbəti bir zamanda yenidən lazımsız problemlə üzləşə bilərik. Ü
Qubad bey, gelin realist olaq, MAKSİMALİZM yeri deyl, Geopolitika deyilən mövhum var. Yəin ki, xeberldarsız
Gerek skandinaviyadan gelerdiler sulhmeramlilar Abs in dediyi kimi. Ama ermeniler rahat oturmayacaqlar menim fikrimce nese oyun cixaracaqlar. Hemdeki o uZsuzler bizle nece yasayacaqlar? Men qebul etmerem en az sehidlerimizin ruhu inciyer bizden. Onlarin qani bahasina almisiq torpaqlari. Prezidentimize inaniram ki bilir ne edir nece ki illerle gozleyib indi etdiyi kimi. Ama bu insanlara yasamaq mence mumkun deyil. Ilan ne vaxtsa sancir. Deyir ilanla dostluq et comagi yere qoyma. Bizde comagimiZ elimizde unutmadan yasayib gorerik. Insallah axirimiz xeyirli olar.
VALLAH-BU-DUNYANİN-İSLERİNDEN-HEC-BAS-ACMAQ-OLMUR!
Qubad bəylə razılaşırıq,ancaq yaddan çıxarmayın ki,rus bizi vertalyot olayı ilə tələyə saldı.Elə bilirsiniz üzürxalığı boşuna qəbul etdi?Yox o bununla bizi sülh danışığına öz xeyrinə məcbur etdi.Bu olayla bizi heç türk də qurtara bilməyəcəkdi.Nə olar 30 il dözmüşdük,5 ili də dözərik,ancaq səbrlə,rusa sonrakı 5 illiyə heç bir şans vermədən.
Qubad müəllim, siz kimsiz ki şərh verəsiniz. Hansı mənsəbə qulluq edirsiz bilinmir.
Boyuk Turk Dunyasinin lideri Erdoqan,ozu Putine teklif etdi ki,bunkerden cix reklama dus,Babuskalar sevinsin,Lacin koridorunda soldatlarini yolla ora,Vazgen ve Ayqanuslari saq-salamat cixart,yoxsa onlarin koku kesilecek.Putinde boyuk memuniyetle Moskva,Kreml,Putin sousunda gostersinler ki,axrinci vazgeni olumden yene Putin qutardi!!!Vesalam ,Tamam!!!
" Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran isə Dağlıq Qarabağ tərkibində ermənilərin yaşayış məskəni olaraq saxlanılması milli maraqlara cavab vermir”. ....
Qubad m duz deyirsiniz ama inanin ki bundan daha choxuna getmeye gucumuz yox idi. Heyasiz Rusiyani Turkiye ancaq buna razi sala bilib direshe direshe. Menim fikrimce uzun vedede inshaAllah ki bizim xeyrimize olacaq. Nece ki 30 il erzinde strateji yanashdiq meseleye ve meqam-vede duz olanda addim atdiq, umid edek novbeti 10 ilde bu shimal ayisi parcha parcha olar, biz de pasha pasha bunlari da iti qovan kimi qovariq qarabaghdan zaten 5 il shert var. 5 il sonram her hansi teref istemese redd olub getmelidiriler (ellerinden geleni edecekler ki getmeyeler), aghilli davranaq gorek nolur.
Gör ey rusiya müharibə aparmamış Azərbaycana girdi. Sonra onu Qarabağdan necə çıxaracayıq, ümumiyyətə rus Azərbaycandan çıxacaqmı?
Qubad bəy dediklərinizlə tam razılaşırıq. Gərək müharibəni tam axıra qər davam etdirəydik. Sonucda bütün ərazilərimizi işğaldan azad edərdik, çox təəsüff.
Qubad İbadolu xalqi casdirma .Ali Bas Komandanmiz aciq aydin Putinle qeyd etdi ki,Turkiye ile Rusiya birlikde Ayqanus ve Arturlar İrevan Muxtariyat Resbuplikasina yola salsinlar 5 aya yada 5 ile!!!
Gecədən bəri qələbə sevincini yaşamağa imkan verməyən bir şübhə var içimdə. Axı biz niyə bu bəyanatı imzaladıq? Özüdə hərbi qələbənin bir addımlığında. Ermənilərin bu torpaqlarda yaşamasını qəbul etmək heçdə düzgün qərar deyil. Mən bilmirəm danışıqlar masasında söhbətlər hansı tonda gedibki biz bu şərtlərə razılıq vermişik. Nə türk sülhməramlılarını ora daxil edə bilməmişik. Üstəlik qan bahasına qovub çıxardığımız ermənilərin yenidən qayıtması üçün dəhlizdə tikəcik Bizim torpağımızda başqa dövlətin silahlı qüvvələrinin mediator rolunu oynaması nə dərəcdə düzgündür? Bəlkədə bizi buna məcbur buraxıblar. Dünən rus helikopterinin bilməyərkdən vururlmasıda məncə elə belə məsələ deyildi. Biz hərbi qələbənin bir addımlığından geri çəkildik sülhə razılıq vedik. Axı erməni xislətinin o torpaqda bizim bayrağımızın altında sakit yaşamağı qəbul etməsi xəyal belə oluna bilməz. Mənə elə gəlirki küçələrdə parklarda gülüb oynuyan xalqı "deklarasiyanın" bu biri tərəfi düşündürmür. Hansı tərəfki hələ bir nəqliyyat kommunikasiya və digər iqtisadi əlaqələridə bərpa edir...
Rus qoşunlarının yanında Türkiyə ordusu yer almırsa qazanan ermənilər olacaq.
Qubad müəllim, birdəfəlik deyin ki, Arkadi Volski qayıtdı...
Sulhmeramli olmasa munagiseler ola biler, basga məsələdir ki, hansı ölkədən olmağı, həm də tam azad edilməsinə müdaxilə mütləq ediləcəkdi, əlavə itkilər olacağı, tam azad edilmə çox çəkə bilərdi, aylarla da ola biler
Salam Gubad muallim,