Noyabrın 10-da imzalanmış üçtərəfli sazişi Bakı üçün böyük qələbə hesab olunur. Bunu Britaniyanın “Financial Times” qəzeti yazır.
Müəllif Henri Foy qeyd edir ki, sənəd Azərbaycanın azad etdiyi ərazilər üzərində nəzarətini möhkəmləndirir, eyni zamanda ermənilərin nəzarətində olan anklavın gələcəyi ilə bağlı suallar yaradır.
Razılaşmanın detalları “aşkar göstərir ki, altı həftəlik müharibə Azərbaycanın qələbəsi ilə sonuclandı”, – Avrasiya Qrupunun aparıcı təhlilçisi Zaxari Uitlin yazıb.
“Razılaşmada Ermənistandan tələb olunur ki, böyük ərazi kapitulyasiyasına getsin, Dağlıq Qarabağın tanınması bir yana, xüsusi statusun müəyyənləşdirilməsindən də əl çəksin”, – o vurğulayıb.
“The New York Times” qəzetində Endru Kramer isə bundan öncəəldə olunmuş üç atəşkəs razılaşmasının iflasa uğradığını yada salır. Onun fikrincə, budəfəki razılaşmanın daha daimi olacağı, Cənubi Qafqazda təhlükəsizlik xəritəsini yenidən cızdığı görünür.
“Əslində, razılaşma bu dağlıq əraziyəəsrin dörddə biri qədər çəkmiş erməni hərbi nəzarətinə son qoyur. İndi sərhədləri Rusiya qoruyacaq. Azərbaycanlılar üçün bu həll azından yüzminlərlə məcburi köçkünün regiona qayıtması perspektivini yaradır... ”, – müəllif yazır.
Məqalədə qeyd olunur ki, bazar ertəsi imzalanmış sazişlə Azərbaycan illərlə danışıqlarda nail olmağa çalışdığının böyük hissəsini alır. Dağlıq Qarabağın mərkəzi Xankəndi hərbi hücumdan xilas edilsə də müdafiəsi Rusiya sülhməramlılarından asılı olacaq.
AzPolitika.info


Şərhlər
Nağılla xalqın başını aldatmayın...