“QARABAĞ DA DİGƏR RAYONLARIMIZ KİMİ...” – Prezidentin müşaviri Məhərrəm Əliyev

"Məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib". 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə müşaviri Məhərrəm Əliyev deyib.

O bildirib ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir: "Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir. Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prinsipləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır".

M.Əliyev bildirib ki, artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər: "Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir".

635x100

Şərhlər

ejder 2020-11-14 08:05:58

POLIS HARA,HERBI HARA,SIYASET HARA,,BOYEVIKDI,,AYE BU

vətəndaş 2020-11-12 10:02:32

General gecə saat 3-də yeridilən heç vaxt çıxan deyil. Heç olmasa danışma

t.ədalət 2020-11-12 00:59:05

Gəlin unutmayaq ki,Rusiyanın neyterallığı Türkiyənin hesabınadır.Elə indinin özündə Rusiya quldurməramlıları ermənilərin təhlükəsizliyi üçün ordadır.Əgər Türkiyə olmasa Rusiya həmişə olduğu kimi bizə bir növbəti soyqırım da yapar.Rusiyaya rəğbət bəsləyənlərin əksəriyyəti PKK kürdlərinin yaxınlarıdır.

Pisi 2020-11-11 22:56:34

Sederekde ki masin bazari da rus sulhmeramlilarinin.istiraki ile

Son yazılar