Menu

Ağ Ev aparatının sabiq başçısının qızıl biznesi - Qarabağ ərazisindən keçir...

12.11.2020, 00:08
Ağ Ev aparatının sabiq başçısının qızıl biznesi - Qarabağ ərazisindən keçir...

«Anglo Asian Mining» Azərbaycanın nəzarəti altına keçən ərazilərdə qızıl axtarışı və çıxarılması işlərinə başlamağa hazırlaşır. Bu barədə şirkət hələ döyüş əməliyyatları sona çatmamış xəbər verib. Şirkətin rəhbərlərindən biri Ağ Ev aparatının sabiq başçısı və Nyu-Germpşir ştatının eks-qubernatoru Con Sunundur.

«Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan edib ki, Vejnəli sahəsinin yerləşdiyi Zəngilan rayonu Azərbaycanın nəzarəti altına keçib. Şirkət hadisələrin bu cür gedişini alqışlayır və Zəngilan rayonunun gələcək inkişafı üçün Azərbaycan hökuməti ilə daimi təmasda olur. Təhlükəsizlik təmin olunan kimi, şirkət işlərə başlamağı planlayır» - deyə, «Anglo Asian Mining» hələ Dağlıq Qarabağda döyüşlər getdiyi dövrdə xəbər verib.

Şirkət qeyd edib ki, DQR nəzarəti altında hələ iki sahə yerləşir və onların hər ikisi Azəbaycanla məhsul bölgüsü üzrə bağlanmış razılaşmaya görə, ona məxsusdur. «Anglo Asian Mining»-də bildiriblər ki, Vejnəli sahəsi 300 kvadrat kilometr ərazidə yerləşir və sovetlərin qiymətləndirməsinə görə, onun ehtiyatı 8,8 ton qızıl təşkil edir. Bakıda bəyan ediblər ki, 2009-2017-ci illərdə Vejnəlidə hasilat işləri aparılıb, amma şirkət təsdiqləyir ki, bu işlər çox məhdud həcmdə aparılıb.

«Ümumiyyətlə, şirkətin səhmlərinin satın alınmasında hazırda hansısa fırıldaqçılıq var və bu, investorlar üçün yaxşı gəlirə çevrilə bilər. Qızılın unsiyasının 700 dollar təşkil etdiyi halda şirkət 233 milyon dollardan baha qiymətləndirilməlidir» - deyə, «Seeking Alpha» nəşri yazır.

«Anglo Asian Mining» şirkətinin yaydığı xəbər «Böyük Britaniya erməni milli komitəsinin» (ANC UK) hiddətinə səbəb olub. «Məyusedicidir ki, London birjasında katirovka olunan şirkət torpaqların azad olunmasını bayram edən press-reliz buraxır və kommersiya gəlirləri əldə etməyi planlayır. Biz, əminik ki, Anqlo Asian Pining qeyri-stabil bölgədə maksimum gəlir əldə etmək üçün müharibədən istifadə edir və heç fikirləşmirdə ki, münaqişə günahsız insanlara necə təsir göstərir. Bu, rüsvayçılıqdır!» - ANC UK-nın bəyanatında deyilir.

Britaniya erməni mərkəzinin bəyanatından belə çıxır ki, erməni işğalı altında olan sahədən oğurluq qızıl çıxardıb, gəlir əldə etmək yolverilən məşğuliyyət imiş - baxın, erməni həyasızlığının həddi-hüdudu olmazmış…

«Anqlo Asian Mininq» kiçik bir şirkətdir və qızıl, mis və gümüş hasilatı ilə məşğuldur. Onun əsas aktivləri Azərbaycanda yerləşir. Şirkət burada iki şaxtada qızlıl hasil edir. Bu il şirkət 67 min unsiya qızıl istehsal etməyi planlayır.

Şirkətin ikinci ən böyük sahibi və direktorlar şurasının üzvü Con Sunundur. O, şirkətdə 9 faiz paya malikdir. Onun bir oğlu hazırda ABŞ-da senator kreslosuna malikdir, digər oğlu isə ikinci müddətə Nyu-Gempşirin qubernatoru seçilib.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

vuqar 2020-11-12 13:12:13

Butun mubaqiselerin bas verme sebebleri SONDA tamah ve pulun uzerine cemlesir!Bu heyat bele edaletsiz heyatdir!Milyonlarla insanlar mehv olur cavan qoca qadin korpe SONDA korrupsioner zumre boyuk gelirler elde edirler!Arada tokulen qanlar cox tez muddetde yaddan cixir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol