Menu

1960 TÜRK ƏSGƏRİ BÖLGƏYƏ GƏLİR... - "Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq"

12.11.2020, 13:36
1960 TÜRK ƏSGƏRİ BÖLGƏYƏ GƏLİR... - "Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq"

“Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir”.

“Report” xəbər verir ki, bunu “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.

“1 960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, - o vurğulayıb.

https://twitter.com/Ahaber/status/1326822040343519232?s=20

Şərhlər

t.ədalət 2020-11-12 22:56:38

İmzalanmış sənəddə Türkiyənin adı yoxdur.

Xalq 2020-11-12 15:20:33

QURBAN OLUM SİZƏ, QADA-BALAVIZI ALIM TÜRK QARDAŞLARIMIZ, ÖZ VƏTƏNİNİZƏ XOŞ GƏLİB SƏFA GƏTİRİRSİNİZ!

t.ədalət 2020-11-12 15:14:23

Sizə qurban olaq,Türk əsgəri!Xilasımızın yeganə dayağı olan,ağır günlərimizdə əlimizdən tutan siz oldunuz.Şükürlər olsun Tanrıya ki Siz VARSINIZ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol