“20 MİN HƏRBÇİMİZ MÜHASİRƏYƏ DÜŞMƏK ÜZRƏYDİ ...” - Paşinyan xalqa müraciətində kapitulyasiyaya razılaşmasının səbəbini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edib və Qarabağa dair üçtərəfli razılaşmanı imzalamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan və onun xalqı çox çətin günlərini yaşayır. İnsanların qəlbində hüzn, kədər, gözlərində yaş var.

“Sentyabrın 27-də müharibə başladı, bu müharibə ictimai məyusluğa və bir çox suallara gətirib çıxaran sənədin imzalanması ilə yekunlaşdı, indi məndən bu suallara cavab gözləyirlər. Nəyə görə bu sənəd imzalandı? Bu o zaman baş verdi ki, Baş qərargah hər dəqiqənin çox mühüm olduğunu bildirdi və , hərbi əməliyyatların dayandırılmasının lazım olduğunu dedi”,-Paşinyan deyib.

O qeyd edib ki, Xankəndinin itirilməsi təhlükəsi olduqca real idi.

“Bir çoxları deyirlər ki, əgər Hadrutla Şuşanı itirmişdiksə o zaman nə fərqi vardı, Stepanakerti (Xankəndi) də itirərdik. Əslində isə Stepanakertin itirilməsi dərhal Əsgəranın və Mardakertin (Ağdərə) də itirilməsinə gətirib çıxaracaqdı. Bu şəhərləri müdafiə etmək üçün kifayət qədər döyüş qabiliyyətli qüvvələr də olmayacaqdı. Bu rayonların itirilməsi nəticəsində bizim müdafiə rayonlarımız düşmənin mühasirəsinə düşəcəkdi. 20 mindən çox əsgər və zabitimiz üzük kimi mühasirədə qalıb ya ölməli, ya əsir düşməli idi. Bundan başqa Kəlbəcərin və Laçın rayonlarının da itirilməsi qaçılmaz olacaqdı”,-Nikol Paşinyan döyüşlərin son günlərində yaranmış operativ situasiyanı ilk dəfə açıqlayaraq bildirib.

Onun sözlərinə görə, komandirin ən mühüm vəzifəsi əsgərlər qarşısında döyüş vəzifəsi qoymaqdır. Lakin əsgər hadisələrin sonrakı inkişafına heç cür təsir edə bilmirsə bu vəzifənin də öhdəsindən gələ bilməz və sadəcə olaraq həlak olacaq, o zaman vətən əsgər həyatı naminə yeni qurbanlar verəcək. 

“Bax məhz buna görə mən bu kədərli sənədi imzaladım. Mən 25 min əsgər və zabitimizin karyerasını və sağ qalmasını əsas tutdum”,-Paşinyan deyib.

Onun sözlərinə görə, həm də arxa cəbhədə  vəziyyətə təsir göstərə biləcək döyüşə hazır qüvvələrin olmaması səbəbindən belə bir addım atıb.

“Arxa cəbhədə vəziyyətə real təsir edə biləcək döyüşə hazır qüvvələr yox idi. Bu səbəbdən də komandirin hərbçilər naminə həm fiziki, həm də siyasi cəhətdən öz həyatını təhlükəyə atma vaxtı gəlmişdi.

Vətənin, ana yurdu uğrunda heç nəyini əsirgəməyən hərbçilər naminə fədakarlıq göstərməyinin və bu sənədi məhz bu anlayışla imzalamağın vaxtı gəldi”, - deyə baş nazir vurğulayıb.

635x100

Şərhlər

Azər 2020-11-12 16:04:23

Bir məsəl var:” Bir türk yeddi ermənini bir dərədə təkləyib...”

t.ədalət 2020-11-12 15:02:38

Rusiyanın regiona tələsməyi elə erməniləri xilas etmək olub.

Son yazılar