Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan 12 noyabrda açıqlama yayıb.
Musavat.com News.am saytına istinadən bildirirki, keçmiş baş prokuror deyib: “Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaqlar.
Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın caavbdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı. Təzəlikcə Azərbaycan prezidenti bəyan etmişdi ki, həqiqətən Azərbaycan Ermənistana qarşı belə bir iddia hazırlayır. İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu. Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.
Bəyanatın sonunda erməni hüquqşünas Paşinyanı istefaya çağırır: “İlk növbədə, Nikol Paşinyan istefa versə, biz bu maddi məsuliyyətdən də yayına bilərik, çünki imzanı sənədə atan odur”.
Yazının orijinalı bu linkdə: https://news.am/rus/news/612951.html

Şərhlər
AY SARSAQ DİĞA ,ALLAH SİZİ ONDAN DA BEŞ BETƏR BƏDBƏXT ELƏSİN O TORPAQLARDA DAŞI DAŞ ÜSTƏ QOYMAMISIZ.ÖDƏMƏLİSİZ DƏ.BUNU BÜTÜN AZƏRBAYCAN XALQI TƏLƏB EDİR SİZDƏN.HƏLƏ HARASIDIR.
Сənab G.Kostanyan və Ç.Əsgərov, bəs, 32 illik işğal, talan və dinc əhali mülklərinin, digər ərazi və sərvətlərin istismarı və istismarı təzminatları?
imzani senede atan pasinyandir, amma onu da hakimiyyete getiren senin kimi uzunqulaqlardir. caniniz cixsin odeyin tezminati