Menu

Moskva uduzdu: ABŞ Rumıniyada yeni baza yaradır

11.10.2014, 18:04
Moskva uduzdu: ABŞ Rumıniyada yeni baza yaradır

Rumıniyanın cənubunda ABŞ-ın yeni raketdən müdafiə bazalarının yerləşdirilməsinə icazə verilib. Axar.az “Unian.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Con Skorbi çıxış edib.

O, bazanın tam olaraq 2015-ci ildə hazır olacağını bildirib.

Amerikanın yeni yaradacağı hərbi bazada “İdjis” raketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Həmçinin burada “SPY-1” radarları, eləcə də 24 “Block IB” raketlərinin yerləşdiriləcəyi deyilib.

Qeyd edək ki, ABŞ-ın Rumıniyadan sonra 2018-ci ildə bu tipdə yeni bazanı Polşada salacağı da bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol