"Erməni tərəfi Qarabağla bağlı üçtərəfli razılaşmanı cırıb zibil qutusuna ata bilər, ancaq bununla heç nə dəyişməyəcək".
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsi zamanı bildirib.
“Biz bu sənədi cırıb ata bilərik, ancaq bunun nəticələrini düşünmək lazımdır. Əgər biz bunu etsək, o zaman demək ki, 10 noyabra qədərki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, bunun nəticələri olacaq”, - deyə N.Paşinyan bildirib.
Onun sözlərinə görə, imzalanmış sənədi sərt şəkildə tənqid edən müxalifət daha əvvəl bu sənəddən imtina üçün heç bir təsirli yol təklif etməyib.
“Xankəndi müdafiəsiz qaldı, onun alınmasından sonra Əsgəran və Ağdərə də alınacaqdı. Nəticədə ön xətdə olan 20-30 min erməni mühasirəyə düşəcəkdi. Onlara arxa cəbhədən hücum ediləcəkdi, onların xilas olmaq üçün imkanı olmayacaqdı”, - deyə N.Paşinyan qeyd edib.
Onun sözlərinə görə, müqavilənin bağlanması üçün danışıqlar prosesi hələ başlamayıb və bu proses də hələ uzun müddət davam edəcək.
“Siz soruşursunuz ki, niyə məsələ parlament, müxalifət və başqaları ilə müzakirə edilməyib. Bu, əslində hərbi əməliyyatların operativ idarə edilməsi məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yerdəyişməsi ilə bağlı hər məsələni parlament və ya müxalifətlə müzakirə etmək olmaz”, - deyə baş nazir vurğulayıb.

Şərhlər
Cirib atmaqa,KISILIK lazimdir,oda ermeni mexluklarda,olmayan seydir,sen ve sene himaye edenlere,yalan-palan,mif SOU -la ,dunyani aladirsiniz!!!SEREFSIZLER!!!
Axmaq Paşik. Sənin kimi təlxəyin Ermənistanda halkimiyyət başına gətirilmən, ermənilərin faciəsi, Azərbaycanın isə sayəndə gələcək qələbəsi idi. Özü yıxılan ağlamamalıdır. Etmə edərlər və yaxud da, gen qaz- dərin qaz bir gün gələr özün düşərsən. İndi siz özünüzə sual etməlisiniz ki,, dəyərdimi bunca fəalkətlərə. Dayərdimi bir qrup avantürüstün sözünə baxıb özünü oda atmağa. Axı siz özünüz də yaxşı bilirdiniz ki, gedən bir gün gələcək. Bilirdiniz ki, Siz haqsızsınız. Siz sizə aid olmayan bir torpaqda, bizim torpaqlarda dövlət olmusunuz. Yaddan çıxarmayın ki, neçəki türk duşmanlığı xəstəlyindən qurtarmamısınız, hələ bu yaxşı günləriniz olacaq. Unutmayın ki, bu ağıl və bu xəstəlikdən qurtutulmasanız zaman gələcək bir millət kimi yox olacaqsınız. Nə qədər həyasız olmalısan ki, sən Kəlbəcərdə yerləşdirdiyin gənci inandıtrasan ki, bura sənin dədə-baba torpağındır.Gerizəkalı