“RİA Novosti” Azərbaycanın işğal altında olan Xankəndi şəhərindən fotolar yayıb. Agentlik öz telegram kanalında şəhərin tamamilə boş olduğunu əks etdirən görüntüləri yayımlayıb.
Qeyd olunub ki, Xankəndidə artıq hərbi texnika və erməni əsgərlər hərəkət etmir.

Xatırladaq ki, özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan noyabrın 5 -də “Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb, müharibə dönəmində isə bu rəqəm 17 min təşkil edib: “İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”.


Şərhlər
Bir zaman akademik Ziya Bunyadov haray saldı ki Qərbi Azərbaycandan qaçqın düçənləri Qarabağa yerləşdirin.baxan olmadı ,indi heç olmasa buna əməl etsinlər
Təcili Xankəndinə 30-40 min Qərbi Azərbaycanlını (vaxtilə ermənistandan körürülən) təcili yerləşdirmək lazımdır.Onların haqqıdır... Yaxşı maddi dəstək vermək olar.