AH, AVROPA!

Etibar ƏLİYEV

Dünyanın nəhəng intellektuallarından biri, böyük filosof, Frankfurt məktəbinin tanınmış nümayəndəsi Yurgen Habermasın “Ah, Avropa” kitabı onun son mükəmməl əsərlərindən biridir. Almaniyanın Xarici İşlər naziri F.-V.Ştaynmayer elm xadimləri də daxil olmaqla Almaniyanın nüfuzlu şəxslərini Avropa Birliyinin vəziyyətini təhlil etmək üçün diskussiyaya dəvət etmişdir. Diskussiyada Habermasın kədərli “Avropa siyasəti dalandadır” ifadəsi bir çox nüfuzlu şəxslər tərəfindən bəyənilmişdir. Onlar “siyasi elitadan” Avropa Birliyinin effektivliyinin artırılması üçün ciddi və dərin islahatlar aparmağı tələb etməyi qarşıya məqsəd qoydular. 

Beləliklə, Habermasın “Ah, Avropa” kədərli konstatasiyası Avropa dövlətlərinin mövcud siyasi elitasına ünvanlanan müraciət olmuşdur. Və bu həqiqətə söykənir. “Siyasi Birlik əhalinin başı üzərindən formalaşmış və indiyə qədər elitanın layihəsi kimi qalır. Və demokratiyanın defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir (funksionallaşır)”.

Habermas yazır ki, Avropa əhalisinin böyük hissəsi (2008-ci ildə keçirilən sorğuya görə 66%-i) Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyirlər. Habermasa görə “maneçilik əhalidən gəlmir, hökumətlərdən gəlir”. O, fikrinə davam edir: “Avropa milli məsələlərlə həvəslə məşğul olmaqla dəyərlərini itirir”. Bu da çox ciddi məsələdir. Böyük filosof Avropa Birliyinin köklü problemlərini sadalamaqla çox mühüm məqamlara toxunur:

1-ci problem - ciddi ittiham xaralkterlidir. “Avropa Dövlətləri - Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı (“mahiyyət”-E. Ə.) itiriblər.” O, bunu “demokratik defisit” adlandırır.

2-ci problem - Həmrəy şəkildə birləşən Avropa Dövlətləri Amerikaya qarşı durmağı bacarmalıdırlar. Amerika Birləşmiş Ştatlarını İrakla müharibə fikrindən daşındırmalı idilər.

3-cü problem - Avropa Birliyi “ləyaqətli insanın” sosial standartalarını formalaşdırıb həyata keçirə bilmədi. Bu prosesdə birlik digər ölkələrə “dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın” təmin olunmasına örnək olmalı idi.

4-cü problem - Habermas yazır: “Cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist yönümdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrantlar məhəllələrində baş verənləri yada salmaq olar. Habermasın qaldırdığı bu problem indi öz çılpaqlığı ilə daha aydın görünür.

Filosof dünyaya səs salan bu məşhur kitabında maraqlı nəticəyə gəlir: “Bu və buna bənəzər problemlər avroskeptiklərə şövqlə bir məsələni təsdiqləməyə əsas verir: nəyəsə uyğun, yaxud nəyinsə xatirinə Avropa Birləşmiş Ştatları yaranmayacaq və heç vaxt Vahid Avropa Xalqı olmayacaq”.

Hər cümləsini bütün dünyanın izlədiyi Habermasın əsas anlayışlarından biri “demokratik defisit” anlayışıdır. Onun uzaqgörənliyi təsdiqini tapdı. Bu defisit Azərbaycanla bağlı qətnamələrdə özünü göstərdi. Avropa Birliyi ABŞ-a İrak müharibəsi ilə bağlı təsir göstərə bilmədi...

Avropa Birliyi xalqlara itirilmiş suverenliyinin bərpasına yardım edə bildimi? Yox. Bizm nümunəmizdə problemimizi özümüz həll etdik. Problemi Müzəffər Ali Baş Komandanın iradəsi, qətiyyəti və Azərbaycan əsgərinin qəhrəmanlığı həll etdi.

Müasir rus postmodernist yazıçısı Viktor Yerofeyev yazır: “Avropanın əsas bəlası əsla iqtisadiyyat deyil: Əsas bəla odur ki, bu böyük layihə artıq başa çatır. Səbəbi fikir adamlarını bürokratların əvəz etməsidir. (“Oqonyok”jurnalı 26 yanvar, 2015)”.

Elə bürokratların və avroskeptiklərin “demokratik defisit” şəraitində çıxardığı qətnamələr bundan artıq ola bilməzdi.

635x100

Şərhlər

E. Əliyev 2020-11-16 00:05:07

T. Ədalət bir də bilmədiyin, ağlın kəsmədiyi şeylərdən yazma. Şəhidlərdən utan.

E.Əliyev 2020-11-15 23:53:26

t. Ədalət ağzınıza gələni yazırsınız. İnsanların hansı işləri görməsindən xəbərsizsinrz. Görüşüb sizi başa salmaq da olar.

t.ədalət 2020-11-15 14:03:46

Bu kitabların mütaliəsindən çox şəhid anasının müqəddəsliyini anlamaq lazımdır.Şəxsi mənafeinə görə müqəddəsliyi belə tapdayıb keçən qatil düşməndən də təhlükəlidir.

Son yazılar