“SUŞA DARIXDIRICI, BƏDBƏXT ŞƏHƏRDİR...” – Paşinyan məğlubiyyəti belə əsaslandırmağa çalışıb...

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim “Mənim addımım” fraksiyasının (müxalifət iclasda iştirak etmir) üzvləri qarşısında çıxışı zamanı “Şuşanın satıldığı” barədə onun ünvanına səslənən ittihamlardan danışıb. Bildirib ki, şəhər uğrunda döyüşlərdə Ermənistan ordusu olduqca böyük itkilər verib və bu da satqınçılıq haqda söz-söhbətlərə ziddir.

“Əgər Şuşanı saxlamaq imkanı olardısa, onu saxlayardılar. Mən bu haqda danışmaq istəmirdim, amma məcburam -son iki gündə Şuşa ətrafından 300-dən çox erməni döyüşçüsünün cəsədləri çıxarılıb. 300-dən yuxarı cəsəd. Siz bu döyüşün miqyasını təsəvvür edə bilirsinizmi? Amma hələ də elə adamlar var ki, generalların və ya siyasi rəhbərliyin Şuşanı döyüşsüz təslim etmək tapşırığını verdiyini deyirlər. Belədirsə bu adamlar kimin əmri ilə döyüşüblər və ölüblər?” - Paşinyan bildirib.(Turan)

Nikol Paşinyan deputatların suallarına cavab verərək bildirib ki, Şuşa darıxdırıcı, bədbəxt şəhərdir. “Bizə deyirlər, Şuşanı kim satdı? Şuşanı satdılarsa da, son 30 ildə satmışdılar, çünki Şuşa bədbəxt, darıxdırıcı şəhər idi"- Paşinyan deyib.

"Son bir neçə ildə oraya ancaq bir neçə fədakar biznesmen investisiya qoyub. Bu ərazilər 30 il müddətinə təhvil verilib, orada alaq otları yetişib", - deyə Nikol Paşinyan bildirib.

"Şuşaya ehtiyacınız varmı? Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu “azad edilmiş ərazilər” lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə “Qarabağ prezidentinin” (keçmiş qondarma “dqr”in “lideri” Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşada keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və “Qarabağ prezidentinin” orada tədbir keçirmək haqqı yoxdur. Bax, Şuşa şəhəri onda-fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı”, - deyə, o bildirib.

Virtualaz.orgun məlumatına görə, Paşinyan qeyd edib ki, son 30 il ərzində onlar aşağıdakı məntiqlə yaşayıblar: müharibə istisna olmaqla düşmənə bir qarış da torpaq verməmək: "Biz hətta onların arasında ziddiyyət olduğunun fərqinə varmadıq".

"Biz bu seçimi son iki il yarımda etdik. Bəlkə pis bir seçim idi. Bəlkə də başa düşmədik ki, bu seçim üzərində işləməyə macal tapmayacağıq və biz bu seçimdə məğlub olduq. Şəxsən mən buna görə tam məsuliyyət daşıyıram. Son 30 ildə şüurumuzda kök salmış “pul verəcəm, orduda xidmətdən azad olacağam” vətənpərvərlik modelinə yenidən baxmaq lazım idi", - deyən Paşinyan ictimaiyyətin ondan cavab tələb etməli olduğunu söyləyib, amma əlavə edib ki, o da çoxlarından cavab tələb etməlidir.

Bundan əvvəl Dağlıq Qarabağda hələ də mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan Şuşa ətrafından 150-dən çox erməni əsgərinin cəsədinin toplanıb təhvil verildiyini açıqlamışdı.

Qeyd edək ki, təkcə bir epizodda xüsusi təyinatlılarımızın 30-35 nəfərlik qrupu Şuşadan Xankəndinə gedən yolda düşmənin 110-dan çox hərbçisini məhv etmişdi və onların cəsədləri günlərlə yol kənarında qalmışdı. Həmin cəsədlərin görüntüsünü Rusiya sülhməramlıları ilə regiona daxil olan”Reuters” müxbiri də çəkmişdi.

Azərbaycan tərəfinin məlumatlarına görə, düşmən Şuşa uğrunda döyüşlərdə 800 nəfərə yaxın itki verib.

635x100

Şərhlər

ejder 2020-11-17 09:23:11

aye,bedbext sensen,fawistlerin cekmelerini yalamiw gorbagor atandir

Cəmşid Dərələyəzli 2020-11-17 08:48:20

İt Şuşa Bədbəxt darıxdırıcı şəhər idi isə sen ora qalxanda səni havalandırıb oynadan nə idi. Pişiklə ətin məsələsi. Amma bütün hallarda nə vaxtsa sənin ermənistanda hökümətin başında olmağını dəyərləndirəcək. Çünki, öz təlxəkliyinlə sənin qədər Azərbaycanlıların damarını basan olmamışdır. Məhz onun nəticəsidir ki, biz sonda kükürəyib səni iti qovan kimi bir yolluq o torpaqlardan qovduq.

X 2020-11-16 22:52:11

Essen ne bilir zeferan nedi

Azər 2020-11-16 21:36:19

Bu təlxək deyir ki, Şuşa bədbəxt, darıxdırıcı şəhər idi.. Bu, sən demə, oradakıları şənləndirmək üçün gedib yallı oynayırmış... İndi bildi ki, nəyə görə ona təlxək deyirdilər...

Son yazılar