“ŞUŞANIN AZAD EDİLMƏSİ DÜNYA HƏRB TARİXİNDƏ XÜSUSİ YER TUTATACAQ” - "Kimin döyüşkən xalq olduğunu göstərdik"

“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

“Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”, - o vurğulayıb.

“30 il ərzində müxtəlif uydurmalar ortalığa atılırdı”.- deyə Prezidenti İlham Əliyev bildirib.

“Həm Ermənistan rəhbərliyi, həm onların havadarları, həm ermənipərəst qüvvələr, həm azərbaycanofob qüvvələr tərəfindən ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı isə döyüşə bilmir. Məhv etmişik bu uydurmanı! Göstərmişik kim döyüşkən xalqdır! Göstərmişik kim Müzəffər Xalqdır!”, - o qeyd edib.

635x100

Şərhlər

OQTAY 2020-11-18 09:22:19

Uca Tanri,qorusun Sizi ve Igid Ordumuzu!!!Var olun!!!

Son yazılar