"DÜŞMƏN OĞRU, ƏXLAQSIZ, VİCDANSIZ BİR DÜŞMƏNDİR" - "Paşinyanın 7 şərtini başına vurduq"

“Bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.

“Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimizin üçün, xalqımız üçün belə igidlər yetişdirib”, - dövlət başçısı vurğulayıb.

Prezidenti İlham Əliyev bildirib ki, şər qüvvələri məğlub olub: “Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil”.

“Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”, - o vurğulayıb.

"Biz Füzuliyə qayıtmışıq, Füzulidə Azərbaycan bayrağı dalğalanır. Amma yol boyu dağıdılmış kəndləri, şəhəri görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar” -deyə Prezidenti İlham Əliyev bildirib.

“Bütün dünya bunu görsün, görsün və bilsin biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər” - deyə  İlham Əliyev qeyd edib.

“Onların məqsədi var idi ki, bundan sonra heç vaxt burada azərbaycanlılar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın, nə günə qoyublar. 30 il ərzində hansısa bir beynəlxalq qurum bu məsələni qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək ki, nə günə salıblar Cəbrayıl şəhərini”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev deyib ki, Füzulidə bütün infrastruktur, yaşayış binaları dağıdılıb: “Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir. Ağdam şəhəri, başqa şəhərlər də elə bir gündədir ki, sanki vəhşi qəbilə keçib bu torpaqlardan.

Hər şeyi dağıdıb, talan ediblər. Bizim mədəni-tarixi irsimizi silmək istəyiblər. Amma buna nail ola bilmədilər. Çünki biz geri qayıtdıq. Onları öz torpaqlarımızdan qovduq. Necə ki, əsrlər boyu biz yaşamışıq bu torpaqlarda, bundan sonra da biz yaşayacağıq. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”.

“Bundan sonra biz yaşayacağıq bu torpaqda. Necə ki, əsrlər boyu biz yaşamışıq. Bizim xalqımız yaşayıb” - deyə Prezidenti İlham Əliyev bildirib.

“Mənfur düşmən Füzulinin adını da dəyişdirib. Bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır”, - dövlət başçısı vurğulayıb.

"Bu gün işğaldan azad olunmuş Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik. Bu çox gözəl təməlqoyma mərasimidir, çünki bu yol heç vaxt olmayıb”.

Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.

Prezident bildirib ki, Azərbaycan vətəndaşları bilir ki, Şuşaya yol Ağdam üzərindən gedirdi: “Əvvəllər Şuşaya gedən yol Ağdam üzərindən gedirdi. Ağdam-Xankəndi-Şuşa yolu. Bu gün hələki bu yoldan istifadə etmək mümkün deyil. Bir daha bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar