Menu

Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək

17.11.2020, 21:30
Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək

ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə məlumat verib.

O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək.

Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.

Şərhlər

Xalq 2020-11-17 23:32:48

fransa mallarını boykot edək!

t.ədalət 2020-11-17 21:51:53

Fransaya qayğı göstərənlər indi qoy bilsinlər ki,zəhərli bir ilanı bəsləyiblər.Öz əlimizlə düşmənə yardımlar göstərir,başımıza gələcək bəlalar hazırlayırıq.Ölkəmizdə Fransaya aid nə varsa ləğv edilməli,ümumiyyətlə düqşmənimiz olan bu ölkə ilə ilişkilərə son verməliyik.Cəbhə xəttində verdiyimiz itkilərdə əli olan dövlətlərdən biri və birincisi Fransadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol