Menu

Türk ordusu Kobaniyə niyə girmir?- Kerri buna aydınlıq gətirdi

11.10.2014, 21:40
Türk ordusu Kobaniyə niyə girmir?- Kerri buna aydınlıq gətirdi

ABŞ dövlət katibi Con Kerri İŞİD terror qruplaşmasının hücumları altında olan Kobani ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Kerri Türkiyənin Kobaniyə ordu göndərib-göndərməyəcəyi ilə bağlı suallara aydınlıq gətirib.

Dövlət katibi bildirib ki, hazırda Kobanidə kürdlər türk əsgərlərini görmək istəmir.

Türkiyənin anti İŞİD koalsiyasında yer aldığını deyən Kerri bəyan edib ki, kürdlər, iraqlılar və suriyalılar və digər millətlər Türkiyə ordusunun Kobaniyə girməsini istəmir.

"Ona görə də hamı sakit və soyuqqanlı olmalı, düşünərək addım atmalıdır", deyə Kerri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol