“Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”, - deyə V.Putin bildirib.
“Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir, bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir” - deyə, Putin qeyd edib.
“Türkiyəyə, onun roluna gəldikdə isə bu barədə dəfələrlə birbaşa Azərbaycandan bildiriblər, Türkiyə tərəfi də bunu heç vaxt gizlətməyib. Onlar birtərəfli qaydada Azərbaycanı dəstəkləyib”, - deyə V.Putin bildirib.


Şərhlər