Qahirə Cinayət Məhkəməsi bu ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” assosiasiyasının liderlərindən bir neçəsini “2011-ci il inqilabı” dövründə opponentlərini işgəncələrə məruz qoymaqda ittiham üzrə uzunmüddətli həbs cəzasına məhkum edib.
AzərTac-ın məlumatına görə, “Müsəlman qardaşlar” assosiasiyasının rəhbərliyinin üzvü Məhəmməd əl-Beltaqi, vaiz Safuat Hiqazi, keçmiş parlamentin deputatı Hazem Faruk və Qətərin “Əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsur hərəsi 15 il həbs cəzasına məhkum olunub.
Qeyd etmək lazımdır ki, məhkəmədə 2011-ci ilin yanvar-fevral aylarında baş vermiş hadisələr araşdırılıb. O vaxt kütləvi iğtişaşlar dalğasında Misirin sabiq prezidenti Hüsni Mübarək istefa vermişdir. İslamçı assosiasiyanın bu iş üzrə mühakimə olunan daha bir neçə nümayəndəsi, o cümlədən gənclərin işləri üzrə sabiq nazir Üsəma Yasin 3 il dəmir barmaqlıqlar arxasında qalmalı olacaq.
Onu da qeyd ed'k ki, çevriliş nəticəsində hakimiyyəti qəsb edən Sisi və ətrafı öz qəddarlığı ilə fərqlənir. Onların Qərbdəki bəzi dairələrin əlaltıları olduğu şübhə doğurmur.


Şərhlər