Menu

Beynəlxalq jurnalistlər Füzulidədir - Erməni vandalizminin şahidi olurlar+ VİDEO

18.11.2020, 15:08
Beynəlxalq jurnalistlər Füzulidədir - Erməni vandalizminin şahidi olurlar+  VİDEO

Beynəlxalq jurnalistlər Ermənistanın hərbi cinayətlərini görmək üçün işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

Prezidentin köməkçisi  “Twitter” hesabında şanlı Azərbaycan ordusunun işğaldan azad etdiyi Füzuli şəhəri və Qaraxanbəyli kəndi ilə bağlı paylaşımlar edib:“İşğaldan sonra Füzuli şəhərinin girişi. Bir vaxtlar 100 min əhalisi olan şəhərdə indi bir sağlam bina da qalmayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki. Qaraxanbəyli də erməni vandalizminə məruz qalıb:“Heç bir sağlam tikili qalmayıb. Vandalizm heç bir sərhəd tanımayıb. Ermənistanın başqa cinayətləri də üzə çıxacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol