Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanıb.
Bunu “Report”a eksklüziv açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub:
“Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.
“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib.
Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.


Şərhlər
YALAN DANIWANIN ATABATASINA LEHNET
Bu yalanlara niyə diqqət edən tapılmır? Mikrorayonlarda istilik verilib? Belə yalan məlumat verənlər heç öz şəxsiyyətlərinə də olsa hörmət etməyi bacarmır?Ayıb deyil? Bu gün ayın 18 -i axşamdır.Hardadır istilik?
Siz hər il vətəndaşlara zülm edirsiniz. Yenə yalan deyirsiniz. İstilik verilməsinə başlanmayıb.