Menu

Gürcüstanın Ermənistanla həmsərhəd bölgəsində silah arsenalı tapıldı

12.10.2014, 08:38
Gürcüstanın Ermənistanla həmsərhəd bölgəsində silah arsenalı tapıldı

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin cənubunda ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində yerin altında gizlədilmiş 100-dən çox tank mərmisi və 4000-dən çox mina detonatoru tapılıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

“Ümumilikdə, 128 tank mərmisi, 3 969 partlayıcı mina detonatoru və 15 480 yaylı partlayıcı götürülüb”, deyə məlumatda qeyd olunub.

Faktla bağlı Gürcüstan CM-nin 236-cı maddəsi üzrə (silah-sursatın qanunsuz saxlanılması və əldə olunması) cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol