Menu

Nensi Pelosi Nümayəndələr Palatasında demokratların lideri seçildi

18.11.2020, 23:12
Nensi Pelosi Nümayəndələr Palatasında demokratların lideri seçildi

Bu gün ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri seçilib. “Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, 18 noyabrda keçirilən virtual səsvermədə Nensi Pelosi demokrat konqresmenlərin səslərinin əksəriyyətini qazana bilib.

Bundan sonra Palata yenidən spikerini seçməli olacaq. Pelosinin dördüncü dəfə bu vəzifəyə təyin ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol