KƏLBƏCƏRDƏ KİLSƏNİN YANINDA RUSİYA NƏ MƏQSƏDLƏ POST QOYUR? - Rusiya sülhməramlıları evlərin, təbiətin yandırılmasına niyə müdaxilə etmir?

Ermənilərin Kəlbəcərin Vank kəndindəki Dadivank adlandırdığı kilsə kompleksi artıq bütün Rusiyanın gündəminə çevrilmişdir. Məsələ o qədər şişirdilmişdir ki, artıq Prezident Putin bu məsələni Prezident İlham Əliyevlə müzakirə etmişdir. 

Sanki bu kilsə Yerusəlimdəki Əl- Aksa məçidinin statusunu daşıyır. Ermənilərin hər bir tələbinə Rusiyanın bu səviyyədə həssas yanaşması suallar doğurur. Agdamda, Zəngilanda və Qubadlıda məscidlər donuz və inək tövləsinə çevrilmişdir. Həmsədr olan Rusiyanın bundan yaxşı xəbəri vardır. Heç bir münasibət eşitməmişik.

Bu günə qədər 28 il ərzində 1 milyon azərbaycanlının on illər ərzində çadırlarda yaşamasına və çöllərdə qalmasına Rusiya heç bir zaman münasibət bildirməmişdir. Hər bir qonşu ölkənin və beynəlxalq təşkilatların 1993-2005 illərində bölgələrdə qaçqınlara yardım çadırları olduqları halda, Rusiya fövqəladə hallar nazirliyinin heç bir yardımını görməmişdik. İndi isə Rusiyanın bütün idarələri ermənilərin köməyinə gəlir.

Fizuli, Cəbrayıl, Agdam, Zəngilan,Qubadlı yer üzündən silinmişdir.O biri rayonların təbiətəni və mülkiyyətini yandırırlar. Rusiyada bu haqda danışan yoxdur.

Digər tərəfdən Cənab Putin və ya XİN –i Lavrov yaxşı bilir ki, ən böyük erməni kilsəsi elə Bakının mərkəzində yerləşir və ildə yanından milyonlarla adam keçir və hər kəs də ona dini məbəd olaraq normal baxır.

Dadivanka gələndə isə bu kilsə yüz illərdir Vəng adlanan azərbaycanlı kəndinin içindədir və hələ sovet dönəmində dini məbədlərin,kilsə və məcidlərin qadağan edildiyi və ya məhdudiyyət qoyulduğu bir dövrdə Vəngdə yaşayan azərbaycanlı –müsəlmən əhalisinin qorumasında qalmışdır. Ermənilər kimi onun içində qoyun və inək saxlamamışlar. Vəng 55 evli kənd idi və kənddə və onun ətrafında heç bir zaman ermənilər yaşamamışdır. Hər kəs bunu bilir.

Həmzə kişinin evi

Əksinə kəndin sakini Babaşov Yusif bu kilsənin qoruqçusu olmuş və kilsənin təmizlik işlərinə və qorunmasına məsul olmuşdur. Onun evi də kilsənin 10 m solunda yerləşirdi. İndi onun da evini ermənilər yandırdılar və uşaqları onu televiziya ilə seyr etmişdir. Bu iki mərtəbəli yanan ev Bağırov Yaqub və Bağırova Fazilə ailəsinin evidir. Ermənilər sadəcə evin şiferini kiremitle evez edib orada yaşayıblar .

Yaqub və Fazilə Bağırovların evi

İndi isə ordan qaçanda onların da evini yandırıblar. Yaxınlıqda televiziyalarda Malasov Yelmar Abdulla oğlunun evinin yandığı görünür. O tərəfdə Bağırov Qasım Mirsəyyad oğlunun evinin yandığı görünür. Bu da Həmzə kişinin evidir. Bütün bunların hamısı Rusiya sülh məramlılarının gözü önündə baş verir. Bəs onlar niyə müdaxilə etmir?

Kənddə ki qrupun komandirinin dediyinə görə onlar Hovanes ata-nın (keşişin) xeyir duası ilə burada post qurublar və kilsəni qoruyurlar. Orada azərbaycanlı yoxdursa kilsəni o zaman kimdən qoruyurlar? Bir də ki, həmən Hovanesin əli avtomatlı şəkli artıq bütün dünyanın saytlarında din adamı kimi yox, din adamı libasına bürünən, ancaq insan öldürən erməni millətçisi kimi yayılmışdır.

Rusiya müdafiə nazirinin sözçüsü Konaşenkonun sözünə görə isə, oradakı postu yerli əhalinin xahişi ilə qurublar. Yerli əhali kimdir? Onlar qanunsuz məskunlaşan və Vənglilərin evini zəbt edən cinayətgarlardır. İndi də evləri yandırıb oradan qaçırlar. O zaman Konaşenko hansı yerli əhalini nəzərdə tutur?. Məgər, Kəlbəcərin ərazisinin statusunu ermənilər müəyyən edir? Bəs üçtərəfli bəyənat harda qaldı?

Sabah Vənglilər kəndlərində gələndə kəndlərinə girmək üçün bu postdan icazə alacaqlar? Kəndlilər indidən bu haqda narazı və qəmgindirlər. O zaman kim kilsəni qorumaq istəyirsə, getsin kəndin girişində yox, kilsənin qapısında bir tank qoysun. Axı bizim kilsə ilə nə işimiz var- Vənglilər belə deyir. Kilsə də kəndimizin bir parçasıdır.

Elxan Mehdiyev, siyasi ekspert (turan.az)

635x100

Şərhlər

0001 2020-11-26 01:07:54

sabire min rehmet

Təranə 2020-11-20 02:59:48

30 il bizə qacqin,köckün həyati yaşadan düşmən sülhməramlilar tərəfindən qorunaraq,istədiklərini edirlər.Əgər erməni milləti bizə mənsub olan torpaqlara yerləşdirilirsə,nədən Qafandan,Vedidən,Sisiandan,Goycə mahalindan gələn azərbaycalılar sülhməramlıların köməyilə öz evlərinə yerləşdirilmirlər?

Hidayət. 2020-11-19 18:56:25

Suallar çoxdur. İzahat verilməlidir ki, əhali narahat olmasin. Niyə ruslar ermənilər evləri yandiranda postlar qoymurlar, amma bizim o alban kilsəsi ilə heç bir işimiz olmadiöi halda orada post qururlar? Niyə bizim dövlətimiz bu məsələni qaldirmir Putin m. qarşisinda? Niyə biz onlara əlavə vaxt verdik? Niyə biz onlari Erivana qədər qovmadiq?

OXUCU 2020-11-19 18:17:21

Adam əsəbdən dəli olur.İlahi bu erməniləri və rusları zəlil elə.Onlar meçitlərdə donuz saxlayırdılar heç kəs heç nə demirdi.indi kilsəni kimdən qoruyurlar.Qurani Kərim sizə qənim olsun.

Kommentator 2020-11-19 16:04:42

Insanin ureyi partlayir ki bu qeder 2 heyasizla qoshuyuq. Biri ermeni o biri rus. 2 dovlet de dunyanin en heyasiz 2 uzlu tayfasina mexsusdur.

t.ədalət 2020-11-19 15:26:49

Söhbət kilsədən getmir,Rusiya növbəti qan tökmək üçün səbəblər axtarışındadır...

Kamil Vəliyev 2020-11-19 14:46:25

Yanğın məsələsi niyə Rusiya qarşısında qabardılmır?Bu susqunluq nədir?Anlaşılmır!

Firdövsi 2020-11-19 14:44:48

İlkin sözləşmədə olmayan rayonlara Rusların girməsinə yol vermək olmaz.Bu ilhaqdır! Ayıq olmalıyıq.Bir də ki,əvvəllər möhtərəm Prezident Dağlıq Qarabağa ermənilərin geri qayıtmasını onların erməni vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığı qəbul etmələrini şərt qoymuşdu.Bəs nə oldu? Araikyanın yenidən Xankəndində peyda olmasına münasibət niyə bildirilmir? İkinci tərəfdən Araikə qarşı axtarış tədbiri niyə yerinə yetirilmir?nkt

Fazil 2020-11-19 14:38:32

Bütün bunlar Rusiyanın birtərəfli qaydada ermənilərə xidmətidir.Ayıq olmalıyıq ki,müstəqilliyimizi itirməyək.Rusiya Azərbaycana əslində düşmən mövqeindədurduğu bəllidir.

Vətəndaş 2020-11-19 14:04:02

rusa inananın ağlı yoxdur. Rusa o adam inanar ki rus ona sərf edir.

Buzovnali 2020-11-19 13:25:31

Bu kilsaya Az.SSR dovrunda nasa olmuwdumu? Xeyr. VA bunu ernani da, taassyf ki, Put in da bilir.

Roma 2020-11-19 13:22:59

Rusiya ermənilərə tumar, bizlərə isə qapaz vurmaqla məşquldur...

Buzovnali 2020-11-19 13:20:46

Hala bundan Sonia data cox bizim bilmadiyimiz weylar olacaq 1988 da da bela bawlamiwdi. Yaziq bu millata. Allah Sabira rahmat elasin. .

Son yazılar