Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəaliyyətdə olan prezidenti Donald Tramp Birləşmiş Ştatlara və dünyanın qalan hissəsinə ciddi ziyan vurub.
Bu fikri Ağ Evin sabiq başçısı Barak Obama İspaniyanın «El Pais» qəzetinə verdiyi müsahibədə səsləndirib.
«Şübhə yoxdur ki, Tramp ABŞ-a və dünyanın qalan hissəsinə ciddi ziyan vurub. Əgər elmi, məlumatları qulaqardına vursaq, pandemiya dərinləşəcək. Əgər rasist davranışa meydan versək və ona dözümlülük nümayiş etdirsək, o zaman bu niyyətlərin gizləndiyi şəxslər üçün daha böyük motivlər yaranacaq. Əgər diktatorları açıq qucaqla qarşılasaq, o zaman demokratiyaya sadiqlik azalacaq» - deyə, Obama bildirib.
«Səkkiz il ərzində biz, ciddi-cəhdlə işlədik ki, ABŞ-ın dünyadakı mövqeyini qaytaraq və iqtisadiyyatını bərpa edək. Mənim ikinci müddətim başa çatan zaman ölkə güclü vəziyyətdə idi» - eks-prezident əlavə edib.
AzPolitika.info


Şərhlər