44 GÜNLÜK MÜHARİBƏNİN QAZANDIRDIQLARI

Xeybər Göyyallı

Tarixən belə olub, müharibə qan-qada, ağrı-acı, göz yaşı, əbədi ayrılıq gətirib. Olsa-olsa müharibəni yalnız sadistlər və qanqsterlər alqışlayar.

Amma müharibələrin xalqlar üçün müəyyən faydaları da olub, bu da danılmazdır. Hərb tarixçiləri və tarixçi sosioloqlar bu barədə kifayət qədər faktlar sadalayıblar. Mən doğma torpaqlarımızın hay sürüsünün işğalından azad olunması uğrunda qısa müddətdə - 44 gün ərzində aparılan Vətən Müharibəsində əldə olunan mənəvi və siyasi mənfəətdən çox qısa söhbət açmaq istərdim. Bu barədə məqam çatanda mütəxəssislərin geniş tədqiqat aparacağına əminəm.

Bir daha vurğulayıram ki, Qarabağ torpaqlarının azadlığı uğrunda aparılan müharibə çox qısa oldu, vur-tut 44 gün (Bu da danılmaz həqiqətdir ki, müharibənin hər anı, hər saniyəsi belə təhlükəlidir). Unutmayaq ki, xain və məkrli hay qövmü Qarabağı ələ keçirmək üçün yüz illərlə hazırlaşmış, mənfur planlar qurmuşdu. Hiyləgər və riyakar düşmənin yüzillik planını Azərbaycan ordusu sanki bir göz qırpımında alt-üst etdi.

44 günlük müharibə Azərbaycan xalqına hansı mənəvi-siyasi mənfəəti qazandırdı?

1. Azərbaycan xalqı “Öncə Vətən” deyib, öz dövlətinin lideri ətrafında birləşdi. Bu monolit birlik qələbənin rəhni oldu.

2. Müharibənin ilk günündən şəhidlər verməyimizə baxmayaraq (itkisiz qələbə mümkün deyil), xalqımız qələbə əzmi ilə coşub-daşdı.

3. Müharibənin ilk günlərindən Azərbaycan xalqının ruhu dirçəldi, qaməti dikəldi.

4. Azərbaycan Ordusu şanlı hərb tarixi yazdı. Dünya gerçək bir mənəvi və hərbi döyüşün şahidi oldu. Azərbaycanlı döyüşçü döyüş meydanında həlak olan və yaralanan çiyindaşını döyüş meydanında qoyub qaçmadı, “şəhidlik alnımıza yazılıb” deyib sonacan meydanda oldu. Dünyanın məşhur hərb mütəxəssisləri Azərbaycan Ordusunun döyüş taktikasını ilk gündən alqışladı və Şuşanın alınmasını isə xüsusi olaraq araşdırmaya cəlb etdi.

5. 44 günlük müharibə kimin kim olduğunu ortaya qoydu. Azərbaycan Ordusu dinc insanlara qarşı silah işlətmədi, onun qarşısında aciz qalan hay sürüsü isə cəbhə xəttindən çox-çox uzaqda yaşayan mülki əhalini qadağan olunmuş silahlarla bombardman etdi. Bu humanist addım da Azərbaycan insanın böyük mənəviyyatını bir daha əyani formada təsdiqlədi.

6. Dünya hay sürüsünün qorxaq, xəbis və xain olduğunu əyani şəkildə gördü. Dünya hay sürüsünün döyüş meydanını iriçaplı silahları, top, tank və digər silahları ataraq qaçdığını müşahidə etdi.

7. Dünya dövlətləri düşmən liderinin (ona lider demək olarsa) iniltili yalvarışlarının şahidi oldular.

8. Az-çox ağlı başında olan bir neçə erməni (Nə vaxtsa bir mənbədən oxumuşam ki, hay qövmü ilə erməni tayfası fərqlidir, sonradan hibridləşiblər) Qarabağın hay torpağı olmadığını bəyan etdi.

9. Azərbaycan xalqının dost-düşməninin kim olduğunu bir daha bildik.

10. Dilibir, dinibir, canıbir, qanıbir qardaşımızın kim olduğunu bir daha gördük.

11. Azərbaycan Ordusu zəfər çaldı. Ərazi bütövlüyü və suverenliyimiz bərpa olundu.

12. Yeni və qüdrətli bir Azərbaycan qurulacaqdır!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar