Menu

“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir

20.11.2020, 10:01
“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis edilir

Azərbaycanda “Vətən Müharibəsində qələbə münasibətilə” orden və medalları təsis olunur.

Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, parlamentin bu gün keçiriləcək iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol