Menu

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

20.11.2020, 23:34
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələr müzakirə edilib.

"Report" xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol