DÜŞMƏNDƏN QƏNİMƏT KİMİ GÖTÜRÜLƏN TEXNİKALAR BAKIYA GƏTİRİLİR - FOTOLAR + VİDEO

İkinci Qarabağ müharibəsinin gedişində ordumuzun düşməndən qənimət olaraq götürdüyü yüzlərlə hərbi texnika qatarlarla Bakı istiqamətində daşınır.

Virtualaz.org xəbər verir ki, qənimət hərbi texnikanı daşıyan qatarların fotoları sosial şəbəkələrdə yayılıb. Kadrlarda dəmiryol platformalarına yüklənmiş düşmən T-72 tankları, PDM-ləri, topları və digər hərbi texnikası görünür.

“Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə ərzində Ermənistan ordusunun 500 vahidə yaxın müxtəlif hərbi texnikası qənimət götürülüb”,-fotoya yazılan şərhdə deyilir.

Bu günlərdə prezident İlham Əliyev çıxışlarından birində deyib ki, düşməndən hərbi qənimət olaraq götürülən texnika Bakı ətrafında sərgilənəcək.

Xatırladaq ki, döyüş əməliyyatlarını gedişində ordumuz düşməndən qənimət olaraq götürülən hərbi texnikanın, o cümlədən tankların bir qismini Azərbaycan Silahlı Qüvvələrinin texnikasının rəngində boyararaq yenidən döyüşlərdə düşmənin özünə qarşı tətbiq etmişdi.


635x100

Şərhlər

Dədə 2020-11-21 17:28:36

Bakıya niyə gəlir? Müharibə zonasında qalmalıdır

B.Qarabağlı 2020-11-21 12:06:08

Hələlik İŞĞALDAN məmnunlar onlara ayrılmış 9 min əvəzinə heç bir Beynəlxalq razılıq və qanunla təsdiqlənməmiş böyük ərazidə öz toxunulmazlığını, əlavə olaraq Azərbaycanın ürəyinin başı DQarabağa yol yarğanını Dünyanın HƏRBİ GÜCÜ Rusiyaya müdafiə etdirir. Bu tanklar və digət hərbi texnika Bakıya yox, oralalara cəmlənməli və sayıq durmalıdırlar!

Son yazılar