Menu

"Bakı Metropoliteni" yarım milyon manatlıq tenderə yekun vurub

21.11.2020, 14:02
"Bakı Metropoliteni" yarım milyon manatlıq tenderə yekun vurub

"Bakı Metropoliteni" QSC “Bənövşəyi” xəttə aid "Xocasən" elektrik deposunun Motovoz sexində və Vestibüldə ventilyasiya sisteminin quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi "Alten" MMC-dir.

Qalib şirkətə 484 377 manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol