Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir - PUTİN

Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin deyib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədi ilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: “Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır”.

635x100

Şərhlər

Xalq 2020-11-22 20:34:05

Putin bu qədər qoşunu ölkəmizə vasitəçi kimi salmısınız? Nə ehtiyac var idi bu qədər əsgərə? bir tərəfdən də deyirsiniz ki, biz burada çox uzun müddətdə qalacayıq.

t.ədalət 2020-11-22 19:02:49

Rusiya vasitəçidən çox erməniçidir.

Son yazılar