Menu

Yaponiya 150 min sakini evakuasiyası edir

12.10.2014, 11:20
Yaponiya 150 min sakini evakuasiyası edir

"Vonqfonq" tayfunu ölkənin mərkəzi və şimal hissələrinə də çatacaq

Yaponiyanın cənub hissəsindən güclü tayfun keçib. ANS PRESS-in məlumatına görə, "Vonqfonq" tayfunu nəticəsində 30-dan çox adamın xəsarət aldığı bildirilir.

Tayfun xüsusilə Okinava adasında fəsadlara səbəb olub. Okinava prefekturasında azı 150 min sakinin evakuasiyasına göstəriş verilib. Burada küləyin sürəti saatda 200 kilometrdən çox olub və tayfun leysan yağışla müşayiət olunub. 50 minə yaxın ailə işıqsız qalıb.

Bəzi yerlərdə torpaq sürüşməsi baş verib. Bölgə hava limanlarında bütün aviareyslər təxirə salınıb.

Sinoptiklərin proqnozlarına görə, sabah "Vonqfonq" tayfunu Yaponiyanın mərkəzi və şimal hissələrinə də çatacaq. Bu, son 1 həftə ərzində Yaponiyada baş verən ikinci tayfundur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol