KORPUS KOMANDİRINİN MÜAVİNİ, POLKOVNİK BABƏK SƏMİDLİ ŞƏHİD OLUB - FOTO (Yenilənib)

Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub.

Bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir.

Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb.

Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.

635x100

Şərhlər

Xalq 2020-11-24 00:19:40

suqovuşanda erməni hərbçizi gəzir?

Rasim 2020-11-23 23:48:37

Bu mesele yaxşı araşdırılmalı ve onu gönderenlerin xeyaneti tapılıb ortaya çıxarılmalıdı. Neye göre illerle yetişmiş, Türkiyede herbi universitet bitirmiş zabitimiz bele asan şehid edilmelidi

Kələntər 2020-11-23 21:48:22

Minalardan təmizlənməmiş ərazidə korpus zamkomandirini erməni leşi axtarmağa ...

Son yazılar