Azərbaycanda erməni terrorçusu Geras Avetisyan barəsində həbs qətimkan tədbiri seçilib.
“Report”un əldə etdiyi məlumata görə, istintaq orqanının təqdimatına Səbail Rayon məhkəməsində baxılıb.
Hakim Rəna Qafarovanın sədrlik etdiyi iclasda təqdimat təmin edilib.
G.Avetisyan barəsində seçilmiş həbs qətimkan tədbirinin icrasının təmini üçün onun barəsində beynəlxalq axtarış elan ediləcək.
Qeyd edək ki, G.Avetisyan Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.2-ci, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə təkrar terrorçuluq), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham edilir.


Şərhlər
1987 ci ildən DQMVnin Ermənistana birləşməsinə səs verməyən azərbaycanlı ailələrinə qarşı ermənilər hərbi terror tətbiq etmiş, üç yüz min ailəni öz evindən qovmuş, on mindən çox adamı qətlə yetirmişdir. Bu günə qədər mühakimə olunmamış belə genosid cinayətkarlarının sayı minlərlədir. Başçıları da hələlik azad gəzirlər?