“HƏTTA ERMƏNİSTANIN ÖZÜ QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANIMAYIB” – Fransa XİN

Fransanın Xarici İşlər Nazirliyidən Senatın “DQR”-in müstəqilliyinin tanınması ilə bağlı bu gün qəbul etdiyi qətnaməni şərh ediblər.

“Dağlıq Qarabağın müstəqilliyinin birtərəfli qaydada tanınması nə Ermənistanın, nə Qarabağ əhalisinin, nə də Fransanın özünün xeyrinə olmayacaq”, - Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan bəyan edib.

“Qarabağın müstəqilliyini heç bir ölkə, hətta Ermənistanın özü belə tanımayıb”, - Lemuan qeyd edib.

Xatırladaq ki, Fransa Senatı bir qədər əvvəl yekdilliklə “DQR”-in müstəqilliyinin tanınması barədə qətnamə qəbul edib. Rəsmi Bakı bu sənədi “adi kağız parçası” adlandırıb.

“AzPolitika”

635x100

Şərhlər

Xalq 2020-11-25 23:40:05

"malades" Vikktor Hüqonun personajı Ternadye nəslindənsiniz fransız "senatorları"

Son yazılar