“Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür” - Peskov

Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi Donbasda da vəziyyətin gərginləşməsini gözləməyə əsas vermir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmin olduğunu bildirib («TASS»).

Hesab edirsinizmi ki, Qarabağda yaranan gərginlik Donbasda da eyni gərginliyin yaranması və Kiyevin bölgə üzərində nəzarəti qaytarmaq cəhdi üçün özünəməxsus siqnal ola bilərmi? - sualına, Peskov cavab verib ki, bunun üçün əsaslar yoxdur.

Qarabağda rusiyalı sülhməramlıların rolundan danışarkən, Peskov bu missiyanı bölgədə humanitar mərkəzin işi ilə qarışdırmamağa çağırıb. O, xatırladıb ki, Qarabağda təmas xəttində hərbi sülhməramlı kontingent yerləşdirilib və həm də humanitar reaksiya mərkəzi işləyir.

«Onları bir-birindən tamamilə ayırmaq lazım deyil, eyni zamanda, münaqişə tərəflərinin təmas xəttində dayanmış hərbi sülhməramlı missiyanı humanitar mərkəzlə qarışdırmaq da olmaz» - Peskov cavab verib. O, qeyd edib ki, hazırda Qarabağda «müharibə səbəbilə, dərinləşmiş o qədər problem yığılıb ki, humanitar mərkəz məhz həmin problemlərin həlli ilə məşğul olur».

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2020-11-26 00:47:07

Donbas da Qarabağ kimi Rusiya tərəfindən işğal olunub.

Son yazılar