Fransa-Azərbaycan dostluq qrupunun sədri də biabırçı qətnamənin lehinə səs verib?

Fransa Senatında Azərbaycan və Türkiyəyə qarşı qəbul edilən məlum biabırçı qətnamənin əleyhinə səs verən yeganə senatorun kimliyi məlum olub.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşım edən iqtisadçı Qubad İbadoğlu həmin şəxsin Fransa-Türkiyə dostluq qrupunun üzvü və Fransa-Azərbaycan dostluq qrupunun sədr müavini, xanım Silvia Gua-Çavin olduğunu bildirib: ”Dünən Fransa Senatında Azərbaycan və Türkiyəəleyhinə qəbul edilən qətnamənin əleyhinə bircə nəfər səs verib. Həmin şəxs xanım Silvia Gua-Çavindir. Onu siz də tanıyın. Silvia Senatın Fransa-Türkiyə dostluq qrupunun üzvü və Fransa-Azərbaycan dostluq qrupunun sədr müavinidir, Fransanın Azərbaycan və Türkiyə iləəlaqələrinin inkişafına tərəfdardır. 2013-cü ilin oktyabrında prezident seçkiləri zamanı müşahidəçi qismində Azərbaycana səfər edib.

P.S. Nəzərə alsaq ki, qətnamənin əleyhinə yeganə Silvia xanım səs verib və o da Fransa-Azərbaycan dostluq qrupunun sədr müavinidir, belə çıxır ki, qrupun sədri ermənipərəstlərin təklifinə dəstək olub.”

Qeyd edək ki, Fransa-Azərbaycan dostluq qrupunun sədri senator Alen Uperdir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Sahin 2020-11-26 13:24:59

Fransa senatinda dostluq qrupunun sedrinin de bize qarsi ses vermesine teecublenmirem meni basqa bir sey dusundurur uzun illerdir ki azerbaycan fransaya humanitar sahede yardim edir kilseleri temir edir ve saire neticesi hani ozu yixilan aglamaz

Son yazılar