FRANSA SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLİB – "Fransa, rədd ol!" + VİDEO (Yenilənib)

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada iştirakçılar iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını tələb ediblər.

Aksiya iştirakçıları ötən gün Fransa senatının qəbul etdiyi qətnamənin ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın vasitəçilik missiyasına uyğun olmadığını bildiriblər.

Sədrlik qarşısına toplaşan insanlar qəti şəkildə Fransa senatının belə bir mövqe bildirməsini pisləyib. Eyni zamanda ATƏT üzvlərinin Fransanın vasitəçilik missiyasına yenidən baxılması məsələsi irəli sürülüb. Bundan sonra Fransa ilə Azərbaycan arasında münasibətlərin əvvəlki kimi olmayacağını səsləndirən aksiya iştirakçıları, hətta diplomatik əlaqələrin yenidən gözdən keçirilməsi ilə bağlı şüarlar səsləndiriblər.


***

12:01

Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilir.

“Report” xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnamənin qəbul edilməsinə etiraz ediblər.

635x100

Şərhlər

Xalq 2020-11-26 19:19:05

Plakatlardakı lozunqları dəstəkləyirik və çıxış edənlərlə biz də həmrəyik!

Son yazılar