Rus qoşunlarının Rostov vilayətindəki poliqonlarda keçirdiyi yay təlimləri başa çatıb.Axar.az Unian.net-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dünən Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədən sonra Müdafiə naziri Sergey Şoyquya Rostov vilayətinin poliqonlarında təlim keçən qoşunların daimi dislokasiya yerlərindən geri qayıtmasını tapşırıb.
“Nazir Ali Baş Komandana Cənub hərbi dairə poliqonlarında təlimlərin yay mərhələsinin başa çatması haqqında məruzə edib, - deyə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. - Putin məruzənin nəticələrinə əsasən qoşunların daimi dislokasiya yerlərinədn geri qayıtmasına başlanmasını tapşırıb. Söhbət ümumilikdə 17,6 min hərbçidən gedir”.


Şərhlər