"TONAYAN CİNAYƏT ƏMƏLLƏRİNƏ GÖRƏ CAVAB VERMƏLİDİR" - Prezidentin köməkçisi

“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.

“Report” xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

635x100

Şərhlər

B.Qarabağlı 2020-11-28 18:32:16

Cənab H.Hacıyev, dinc (mülkü) Qarabağ ətrafı azərbaycanlılarına qarşı etnik HƏRBİ GENOSİDİN izlərini qəhrəman Prezidentimiz və MƏRD ORDUMUZ silib atdı! Ancaq, bu münaqişədə son tarixi nöqtə SOYQIRIMIN Beynəlxalq Mühakiməsi olmalıdır!

Son yazılar