RUSİYA XANKƏNDİYƏ 60-dan ÇOX DA HƏRBİ HƏKİM GÖNDƏRDİ! - Rəsmi Bakı ilə razılaşdırılıbmı? + VİDEO

Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib. Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb.

Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.

Qeyd edək ki, Rusiya müxtəlif adlar altında Qarabağa çoxlu sayda hərbçi göndərir. Bunların gəlişi,orada nə qədər qalacağı rəsmi Bakı ilə razılaşdırılırmı? Sabah bizim üçün problemə çevrilməyəcəyinə təminat varmı? 

Getdikcə ictimaiyyəti daha çox narahat edən bu suallara aydınlıq gətirilməsi vacibdir. 

 

635x100

Şərhlər

Həsən 2020-11-29 23:46:41

Rus hakimiyyəti çox alçaqdır

Həsən 2020-11-29 23:46:18

Rusıar...

Roma 2020-11-29 20:01:29

Rusiya keçmiş SSRİ-nin 14 respublikasının 3-nə (Pribaltika) çox müdaxilə edə bilmir. Qalan 11-nə yeri oldu-olmadı göz ağardır, ermənistanın başın tumarlayaraq bizi də istər-istəməz tilovda saxlayır. Orta Asiya və Qazaxıstan da bizim kimi...

Mahal 2020-11-29 17:41:47

Belə çıxır ki Rusiya özlərinə baza yaradırlar.

hərbi pensiyaçı 2020-11-29 16:48:35

Rusiya işğalçıdır. O hələ heç bir ölkəyə sülh gətirməyib, nə özü nə "sülhməramlıları". Rusiya tam sürətlə müharibəyə hazırlaşır. Bizim əlacımız yox idi. Çünki rusiya vertolyotu bəhanə edərək böyük müharibə törədə bilərdi. Burada necə deyərlər ermənistanın cəzalandırılması faktoru mühüm rol oynadı. Ancaq bir şeyi unutmayın ki, əgər biz Xankendini alsaydıq onun sabahı ermənilər rusiya bazasını yandırıacaqdılar və onları ermənistandan qjvacaqdırlar. Məhz bunu bəhanə edərək ruslar xankəndini ermənilərdə saxladılar...

omar 2020-11-29 15:53:30

Demişəm,yenə deyirəm Putka hamını aldatdı!

Xalq 2020-11-29 14:29:50

Əgər ruslar sabah bir hoqqa çıxarsalar bunun cavabını kim verəcək? Diqqətli olun, ruslar orada qoşun yığırlarsa buna göz yummaq olmaz.

t.ədalət 2020-11-29 13:30:04

Rusiya Xankəndində Əlahiddə ordu korpusu formalaşdırdı.

Son yazılar