Qurban Qurbanov koronavirusa yoluxub (Yenilənib)

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

***

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

"Report" xəbər verir ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb. Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar