“ƏGƏR DNESTRYANIYA TOXUNSANIZ...” - Jirinovski növbəti dəfə “xortladı”

Rusiya Moldovanı və Ukraynanı xəbərdar etməlidir ki, Dnestryanıya təcavüz olacağı təqdirdə, Kişinyova və Kiyevə zərbə endirməyə hazırdır. Belə bəyanatla Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski «Rossiya-1» telekanalının efirindən çıxış edib.

«Dnestryanını qorumaq və xəbərdarlıq etmək lazımdır: əgər Dnestryanının heç olmasa bircə əsgəri öldürülərsə, biz, Kişinyovu, Kiyevi və digər bölgələri bombalayacağıq» - Jirinovski bəyan edib.

Heç şübhəsiz ki, barəsində açıq danışmağa cürət etməsə də, «dəli Jirik» digər bölgələr ifadəsini işlədərkən, məhz Qarabağı nəzərdə tutub. Belə ki, bölgədə erməni separatçılarının «ağzının ovulması» ermənipərəst (oxu - faşist!) Jirinovskini bərk məyus (dəyus yox ha!) edib. Onun sözlərinə görə, rus məktəblərinin bağlandığı istənilən bölgə ilə Rusiya dərhal bütün iqtisadi əlaqələri kəsməlidir.

«Gedən dünya müharibəsinin xaos və təhdidlərini Rusiyanın xeyirinə döndərmək lazımdır. Və əvvəlcə başlamaq və qələbə ilə sona çatdırmaq lazımdır. Bizə ikinci 1945-ci il 9 mayı lazımdır» - Jirinovski fikrini tamamlayıb.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın «Avropa həqiqəti» nəşrinə verdiyi müsahibədə Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu bildirib ki, Kişinyovun Dnestryanıya yönəlik «həddindən artıq yumşaq yanaşmasından təəssüf hissi keçirir» və bu təcrübənin Donbasda nəzərə alınmasını tövsiyə edir. O, öz tərəfindən Dnestryanı ilə həmsərhəd olan Ukraynanın bölgəyə təzyiqlərinin gücləndirilməsi istqamətində Kiyevdən dəstək alacağını planlayır. Bununla paralel olaraq, Maya Sandu ölkəsindən rusiyalı sülhməramlılarının çıxarılmasına nail olmağa çalışır. Siyasi analitiklərin fikrincə, onun bu niyyəti silahlı münaqişənin yeni mərhələsini doğura bilər.

Görünən odur ki, Jirinovskinin növbəti dəfə «xortlaması» və bu zaman sağa-sola fekal püskürməsi əslində, onun klassik-çağdaş faşizmin ideoloqlarından biri olduğunu ortaya qoyur. Ümid edirik ki, beynəlxalq ictimaiyyət, nəhayət, bunu nəzərə alacaq…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

doktor 2020-12-03 15:57:40

bu artıq qocalıq xəstəliyinin əlamətidir!

Özgür 2020-12-02 12:49:36

idi perni starıy prdun!

Xalq 2020-12-01 20:35:20

jirik axmaqdır! o bəyəm bilmir ki, bizim Türk qardaşımız var? məncə o sözü buraxır, kim bu sözü qəbledəcəksə eləsin. Başa düşün o nə danışdığını anlamır, sözünün dəyərini bilmir.

Veteran 2020-12-01 11:35:20

Bu axmaq hələdə başa düşmürki Rusiya ermənipərəst kanallarının aparıcıları da Onu lağa qoyurlar.

Kaku 2020-12-01 11:26:13

Bizim moldova ve ukraynadan ferqli olaraq turkiyemiz var ona gore de qarabag haqqinda aciq nese demeye curet elemir bu deli

Roma 2020-12-01 11:13:42

Qoymeyin üstümə İrasim gəler (Bəxt Üzüyü tamaşası)...

Roma 2020-12-01 10:52:29

Bu yekəbaşın canındakı şovunistlik manometri...

Rasim Turançı 2020-12-01 03:29:35

Jirik də putinyanın qeyri-rəsmi sözçüsüdür yəni putinyan rəsmi deyə bilmədiyi təhdid edici fikirləri Jirikin dili ilə deyir. Bir sözlə rusiyanın içindən ssri kimi dağılmasa bütün dünyaya təhlükə mənbəyidir. Buna rusiyada çox asan mümkündür çünki 21 subyektiv respublikaları ayağa qaldırmaq lazımdır.

Son yazılar