Ermənistanın sabiq prezidenti 4-cü dəfə həbs edilə bilər

Bu gün Yerevanın ümumi yurisdiksiya Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın adı keçən cinayət işinə baxılması prosesi bərpa ediləcək.

“Report” xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkilləri feysbukda bildirib.

Qeyd edək, sabiq prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonunda Qarabağda müharibəyə görə dayandırılmışdı.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 2008-ci ilin 1 martında (həmin vaxt 10 insan öldürülüb-red) keçirilən etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində Konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Ona qarşı cinayət işi 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsindən sonra başlayıb. Həmin vaxt Robert Koçaryan siyasətə qayıtdığını bildirib.

Sabiq prezident üç dəfə həbs edilib və həbsxanada ümumilikdə 500 gün keçirib. 2020-ci ilin iyununda Apelyasiya Məhkəməsi onun girov müqabilində həbsdən azad olunması barədə qərar çıxarıb.

635x100

Şərhlər

Roma 2020-12-01 11:00:49

Bu oğraşın sifətində insanlıqdan başqa nə desən var və əgər kimsə, (dövlət başçılarından söhbət gedir) onu özünə dost sayırsa deməli həmin insanın əxlaqı yerində deyildir, belə ki, bu insanın əli qanlıdır və bunu dövlət başçısının bilm

Mehdi 2020-12-01 09:25:01

Axi bu koceryandi nə zibildi ki,metbuat bundan bu qeder yazir.Yaddan cixartmaq lazimdirki dunyada belə bir it olmayib.

Son yazılar