Nazirlər Kabinetinin rəsmi saytında il ərzində koronavirusa ümumi yoluxanların sayı 236 390 olaraq göstərilib. Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ümumi yoluxanların sayını 121 176 göstərir. Başqa sözlə iki sayt arasında fərq 115 214-dür. Bu fərq nədən qaynaqlana bilər?
İqtisadçı ekspert ToğrulMaşallı "AzPolitika.info"-ya bildirib ki, Nazirlər Kabineti evdə müalicə alanları, TƏBİB isə yalnız xəstəxana şəraitində müalicə alanları qeydə alır. Çünki evdə müalicə alanlara görə SəhiyyəNazirliyi cavabdehdir: "Məncə, Nazirlər Kabineti bu informasiyaları biləşdirib təqdim edir. Elə rəqəmləri toplayanda da eyni nəticə alınır".
AzPolitika.info


Şərhlər