Menu

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 63 hərbçi saxlanılıb

01.12.2020, 16:27
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 63 hərbçi saxlanılıb

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Agentliyi, Təhlükəsizlik Baş İdarəsi və İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 39 vilayətində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən 82 hərbçidən 63-ü saxlanılıb. Onların 70-i xidmətdə olan hərbçilərdir.

Digər şübhəlilərin saxlanılması istiqamətdə əməliyyatlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol