Menu

Vəkil koronavirusdan vəfat etdi

01.12.2020, 16:32
Vəkil koronavirusdan vəfat etdi

Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov vəfat edib.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, Y.Seyidov COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol